Ç. İyl 17th, 2019

“Bu addım ölkədə ictimai barışı möhkəmləndirəcək” – Azay Quliyevdən əfv dəyərləndirməsi

Millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Azay Quliyev Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamla bağlı münasibətini bildirib.
“Böyük bir humanistlik nümayiş etdirərək 431 nəfər məhkum olunmuş şəxsi əfv etdiyinə görə cənab Prezident İlham Əliyevə təşəkkür edirəm. Əminəm ki, bu xeyirxah addım on minlərlə vətəndaşı sevindirəcək, ölkədə ictimai barışı, vətəndaş-dövlət birliyini daha da möhkəmləndirəcəkdir”, – deyə Azay Quliyev “Tvitter” səhifəsində yazıb.