Eldar Sabiroğlu oğlunun əfvini gözləmirmiş: “Prezident xeyirxah bir addım atıb”

“Rüfətin azadlığa qovuşmasını gözləmirdim, lakin bu, baş verdi. Valideyn olaraq sevinc içərisindəyəm”.
Turkustan.info xəbər verir ki, bunu Müdafiə Nazirliyinin sabiq mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğlu “Azadlıq radiosu”na  oğlu Rüfət Səfərovun azadlığa çıxmasına münasibət bildirərkən deyib.
E.Sabiroğlu bildirib ki, Prezident xeyirxah bir addım atıb: “Azad olunan bütün məhbuslar üçün sevinc hissi keçirirəm”.
Qeyd edək ki, R.Səfərov rüşvət almaqda təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.
320 Baxılıb