Ça. İyl 16th, 2019

Bakıda jurnalistə hökm oxundu – 5 il 6 ay

Bakı Ağır Cinayətlər Məhkəməsi prosesi başa çatdırıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində criminal.az saytının rəhbəri Anar Məmmədova hökm oxunub.

Turkustan.info-nun məlumatına görə, hakim Eldar Mikayılovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə A.Məmmədova 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib, 2 il sınaq müddəti olmaqla şərti cəza verilib.

Qeyd edək ki, A. Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.  /IstiPress/