Bakının bu ərazisi qazsız qaldı

Gecə yarısından etibarən Bakıxanov qəsəbəsi də daxil olmaqla, Sabunçu, Nizami və Xətai rayonlarının bir hissəsinə təbii qazın verilişi dayandırılıb.

Turkustan.info xəbər verir ki, təbii qazın hansı səbəbdən kəsildiyi məlum deyil. Bu haqda vətəndaşlara əvvəlcədən məlumat verilməyib.

“Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalıyev Report-a bildirib ki, bu gecə saat 01:00 radələrindən Qaradağ-Digah magsitral qaz kəmərində qəza baş verib.

“Qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işlər elə gecə saatlarından yekunlaşıb, amma təhlükəsizlik baxımından “mavi yanacağ”ın təzyiqi dərhal artırılmayıb. Bu prosesə səhər saatlarından start verilib”, – deyə o qeyd edib.

152 Baxılıb