Dünyanın ən bahalı göyərçini 1 milyon 252 min avroya satıldı

Belçikada keçirilən hərracda dünyanın ən bahalı göyərçini 1 milyon 252 min avroya satılıb.

“Anadolu” agentliyi xəbər verir ki, Armando adlı erkək göyərçin internet vasitəsilə keçirilən hərracda öz alıcısını tapıb.

Uzun məsafə üzrə yarışların çempionu olan 5 yaşlı poçt göyərçini çinli tərəfindən satın alınıb. Onun yeni sahibi dünyanın ən bahalı göyərçinini yarışa buraxmayacağını və ondan yalnız damazlıq məqsədilə istifadə edəcəyini bildirib. 

Qeyd edək ki, 2017-ci ildə Belçikada keçirilən hərracda daha bir poçt göyərçini 400 min avroya satılmışdı.  /musavat.com/

267 Baxılıb