İşdən çıxarılan tibb işçiləri yeni görüntülərlə gündəmdə – VİDEO

Ötən həftə işdən azad edilən Şəki Mərkəzi Rayon Xəstəxanasının tibb işçilərinin yeni görüntüləri yayılıb.

Turkustan.info-nun məlumatına görə, onlardan ikisinin “Tik-Tok” adlı proqramda xəstəxanada çəkilən videoları sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

Qeyd edək ki, daha əvvəl onlar Afət Fərmanqızının ifa etdiyi mahnıya çəkdikləri videoya görə işdən azad olunublar.

Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Onlardan bəzisi bunu əyləncə xarakterli video qəbul etsə də, böyük əksəriyyəti tibb işçilərinə yaraşan addım olmadığını hesab edib.

Tibb işçiləri məsələ ilə bağlı televiziyalara və aparıcı Tarix Əliyevə müraciət edib. Tarix Əliyev mövzu ilə bağlı özünün sosial hesabından paylaşım edərək onları müdafiə edib.

Xatırladaq ki, daha əvvəl yayılan videoda yer alan tibb işçilərindən biri, görüntülərin nahar vaxtı çəkildiyini qeyd etsə də, Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkimi açıqlamasında videonun iş saatları çərçivəsində xəstəxananın cərrahi blokunda qeydə alındığını bildirmişdi.

Onu da əlavə edək ki, hüquqşünaslar Əmək Qanunvericiliyinə əsasən, sözügedən görüntülərdə heç bir qanun pozuntusu qeydə alınmadığı üçün, şəxslərin işdən azad edilməsi üçün səbəb olmadığını deyib.

2. 345 Baxılıb