Şb. İyl 20th, 2019

Rusiyadan İrəvana növbəti hədiyyə

Erməni yanğınsöndürənlərə çətin ərazi şəraitində meşə yanğınları ilə mübarizə təyinatlı xüsusi avadanlıq və alətlər hədiyyə edilib.

Turkustan.info xəbər verir ki, bu sözləri Ermənistana BMT-nin Meşə yanğınlarına nəzarət proqramının rəhbəri Vardan Məlikyan deyib.

Məlumata görə, BMT-nin İnkişaf proqramının “Meşə və sahə yanğınlarının idarə edilməsi qabiliyyətini inkişaf etdirməklə Ermənistanda iqlim dəyişikliyinin təsirləri azaldılması” layihəsi çərçivəsində Ermənistanın Fövqəladə Hallar Nazirliyinə yanğınların söndürülməsi üçün 360 dəst avadanlıq və alət verilib. Üçillik büdcəsi 1 milyon dollar olan proqram Rusiyanın maliyyə dəstəyi ilə icra edilir.  /Axar.az/