Siqareti tərgitməyə kömək edən qidalar – SİYAHI

Siqaret aludəçiliyi bütün dünyada getdikcə artmaqdadır. Hətta bəzi ölkələrdə siqaretə başlama yaşı 12-yə düşüb. Əlbəttə, bir çox insan siqaretin sağlamlığa nə dərəcədə  zərərli olduğunu dərk edir və tərgitmək üçün sözün həqiqi mənasında mübarizə aparır. İradəli insanlar bunun öhdəsindən gəlsə də, digərləri bacarmayıb, siqaretə məğlub olurlar. Lakin mütəxəssislər hesab edir ki, gündəlik yediyimiz bəzi qidalar siqareti tərgitməyə kömək edə bilər.  E-tibb.az həmin qidalarla bağlı məlumatı təqdim edir.

Yulaf əzməsi

Bir çox araşdırmalar sübut edib ki, nizamlı şəkildə yulaf əzməsi yemək nikotin asılılığını azaldır. Yulaf əzməsini südlə birlikdə qəbul etmək daha çox faydalı ola bilər. Çünki süd qəbul edəndən sonra çəkilən siqaretin dadı çox pis olur. Beləcə siqaret ehtiyacı azalır.

Banan

Banan tərkibindəki potasium və B vitamini sayesinde siqaret asılılığını azaltmaqda faydalı meyvədir. Bundan əlavə, banan siqaretin orqanizmə verdiyi zərərli təsirləri azaltmağa da kömək edir.  

Triptofan tərkibli qidalar

Triptofan – orqanizm üçün həyati əhəmiyyət kəsb edən 8 vacib amin turşusundan biridir. Bu amin turşusu xoşbəxtlik hormonu olaraq bilinən serotoninin istehsalını artıraraq, siqaretə olan ehtiyacın da azalmasını təmin edir. Hinduşka əti, yumurta, toyuq filesi və quru paxlalılar kimi yağsız protein tərkibli qidalar triptofanla zəngindir. Siqareti tərgitməyə çalışdığınız müddətdə bu qidalardan yararlana bilərsiniz.

Nanə

Nanə tərkibindəki mentol sayəsində nikotin ehtiyacını azaldır. Həm təzə, həm də qurudulmuş nanəni davamlı şəkildə qəbul etməlisiniz.

Bitki çayları

Bitki çayları siqareti tərgitmək üçün əsas yardımçılardan biridir. Ələlxüsus mixəkli çay siqaret alışqanlığını azaldır. Çobanyastığı çayı barədə də eyni sözləri demək olar.

Tərəvəzlər

Təzə tərəvəzləri yeyəndən sonra çəkilən siqaretin dadı pis olur. Təzə tərəvəzləri qidalanmaya daxil etmək həm siqareti tərgitməyə kömək edər, həm də sonradan çəkini nəzarətdə saxlamaq baxımdan düzgün seçim olar.

Siqaret çəkmək istədikdə və nikotinə ehtiyac duyduqda badımcanın tərkibindəki nikotinlə özünüzü rahatlaşdıra bilərsiniz. İlk 1 ay pomidor suyu içmək də siqareti tərgitməyi asanlaşdırır.

C vitamin ilə zəngin meyvələr 

Daim siqaret çəkən şəxslərdə C vitamini aşağı olur və bədəndə bunun yerine nikotin və nikotinin elementləri var. Buna görə də qidalanmaya mütləq portağal, limon, kivi, çiyələk, nar kimi C vitamini ilə zəngin meyvələr daxil edilməlidir.

322 Baxılıb