Çanakkala! Nədən o əsgərlərdən biri olmadım…

Qənirə Ataşova

Bu şəkili düz 4 il əvvəl Çanakkaledə cəkdirmişəm. Nüsrət gəmisinin müttəfiq gəmilərinə divan tutduğu yerə baxıram. Agıllı telefonum və icimdəki Türkiyə sevgim xatırlatdı. O zaman, 100-cü ildönümünü qeyd edirdik. Bu gün zəfərim 104 il dönümüdür. 250 mindən artıq şəhidin qanının axdığı savaşın qəhrəmanlıq tarixi. Bir qarını ac, bir qarını tox olan türk əsgərinin qəhramanlıq tarixi. İttifaq dpvlətləri, Çanakkalanı kecərək İstanbul və İstanbul Boğazına hakim olmaq istəyirdilər. Dünyanın ən güçlü silahlarıyla dolu gəmilər 1 ay boyunca bu torpaqları atəşə tutmuşdu.Sizi hec zaman unutmayacağıq. O zaman Nusret gəmisi son umud idi. Gücdən düşmüş türk ordusunun əlində qalan 26 mina paralel olarak 100 metr aralıqla baxdığım bu əraziyə döşəndi. İşğalçı gəmilər bir bir məhv oldu. Lakin onlar vaz kecməyib qurudan döyüşə girdilər. 8 ay qan su yerinə axdı. Bax burda Böyük Atatürk (o zaman sadecə komutan idi) əsgərlərinə
“Ben size taarruz emretmiyorum. Ölmeyi emrediyorum. Biz ölünceye kadar geçecek zaman içinde yerimize başka kuvvetler ve komutanlar gelecek” sözünü işte burada söyledi. Çanakkala məğlub edilmədi. Hələ də bu cümlələri yazanda gözlərim dolur, ürəyim titrəyir. Nədən mən o əsgərlərdən biri olmadım deyirəm. Atatürk mənim ücün bu dünyada hər kəsdən üstündündür, böyükdür. Qarşında baş əyirəm mənim əziz və qəhrəman sərkərdəm, ATATÜRKÜM.

180 Baxılıb