Nazarbayev istefa verdi – SON DƏQİQƏ

Qazaxıstan prezidenti Nursultan Nazarbayev istefa verib.

Turkustan.info xəbər verir ki, o, bu barədə xalqa müraciəti zamanı deyib. Çıxışın anonsu sohbet numara bütün informasiya agentliklərinə təqdim olunub.

“Mən prezident səlahiyyətlərimi dayandırmaq haqqında çətin qərar vermişəm”- deyə o televiziya vasitəsilə çıxışında deyib. 

Nazarbayev yeni seçkilərə qədər prezident səlahiyyətlərini parlament Senatının rəhbəri Kasım-Jomart Tokayevin icra edəcəyini bildirib.

Xatırladaq ki, 78 yaşlı Nazarbayev 1990-cı ildən Qazaxıstana rəhbərlik edir. 2015-ci ildə o, beşinci müddətə prezident seçilmişdi.

1. 209 Baxılıb