Gün: Mart 20, 2019

Livandan Kəlbəcərə ermənilərin köçürülməsi planı

Qarabağ separatçılarının “dövlət naziri” Qriqori Martirosyan martın 16-da Livana gedib. Onun səfəri martın 18-nə qədər davam edib. Onunla Livana gedən heyətin tərkibində qondarma rejimdə yaradılmış Şaumyan rayonunun (Kəlbəcər rayonu və Goranboy rayonunun bir qismini öz tərkibində cəmlədiyi iddia olunur – red.) administrasiyasının rəhbəri Qagik Martirosyan da yer alıb. Qriqori Martirosyan […]

“Veysəloğlu”dan ittihama cavab: etirazımız Vergilər Nazirliyi tərəfindən araşdırılmaqdadır

Ölkə mətbuatında Vergilər Nazirliyinin Veysəloglu şirkətini cərimələməsi ilə bağlı məlumat yer almışdır. Bu məsələ ilə bağlı bidiririk ki, ötən ilin sonunda “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan bütün şirkətlərdə aksiz nişanı ilə markalanması məcburi olan məhsulların, işçilərin əmək müqavilələrinin və nəğd pulun idarə edilməsinin yoxlanılması üzrə operativ vergi yoxlamaları həyata keçirilmişdir. […]

“Palmali”dən azərbaycanlı tələbələr üçün möhtəşəm Novruz Şöləni – Fotolar

“Palmali” Şirkətlər Qrupu Türkiyədə təhsil alan  tələbələrimizi Novruz Bayramında bir araya gətirib. Turkustan.info xəbər verir ki, soydaşımız Mübariz Mənsimovun sahibi olduğu “Palmali” Şirkətlər Qrupu Türkiyənin müxtəlif universitetlərində təhsil alan, Novruz tətilində Azərbaycana gedə bilməyən tələbələrimiz üçün İstanbulda möhtəşəm bayram mərasimi təşkil edib. Azərbaycanın çoxəsrlik milli ənənələri və Novruz Bayramına xas bütün […]

Qənirə Paşayeva çağırış etdi: Bu kampaniyaya qoşulun – Foto

“DOST Xonçası” kampaniyasına millət vəkili Qənirə Paşayeva da qoşulub. Turkustan.info xəbər verir ki, bu barədə millət vəkili Feysbuk səhifəsində məlumat paylaşıb. Millət vəkili kampaniya çərçivəsində 80 yaşlı Vəciqə Ağayevanın qonağı olub, hal-əhval tutub, bayramlaşıb: “Bu nəcib təşəbbüsə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təşəkkür edirəm və hər kəsi bu kampaniyaya qoşulmağa […]

İrəvan qorxuda: Bakıdan niyə şikayət etdi?

Azərbaycan Ordusunun son təlimləri, üstəgəl Ermənistanla sərhəddi gücləndirməsi tədbirləri İrəvanı narahat edib. Turkustan.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Ermənistan XİN-nin mətbuat katibi Anna Naqdalyanın martın 20-dəki brifinq zamanı ATƏT-ə şikayət məktubu göndərmələri ilə bağlı qeydi təsadüfi deyil: “Şikayət məktubunun məğzi guya Azərbaycanın beynəlxalq təşkilatları […]

Qubada maşınlar qar uçqunu altında qaldı

Quba-Xınalıq yolunda qar uçqunu səbəbindən yol bağlanıb. Turkustan.info “Report”a istinadən xəbər verir ki, uçqun yolun 32-ci kilometrliyinin 4 hissəsində baş verib. Nəticədə bir neçə avtomobil qar uçqunu altında qalıb. Həmçinin 7 kəndlə əlaqə kəsilib. Qarı təmizləməyə gedən texnikanın xarab olması səbəbindən yolu açmaq hələ ki, mümkün olmayıb. Hazırda bu istiqamətdə […]

Astananın Nursultan adlandırılması barədə qanun layihəsi qəbul edilib

Qazaxıstan parlamenti paytaxt Astananın adının dəyişdirilməsi haqqında qanun layihəsini I oxunuşda qəbul edib. Turkustan.info-nun məlumatına görə, Qazaxıstan paytaxtı ölkənin birinci prezidenti Nursultan Nazarbayevin adını daşıyacaq.  Qeyd edək ki, bu gün Qazaxıstan parlamenti palatalarının birgə iclası zamanı prezident Kasım-Jomart Tokayev ölkənin paytaxtına birinci prezident Nursultan Nazarbayevin adını vermyi təklif edib.   /Azvision.az/ 184 Baxılıb

Bu yumurtalar keyfiyyətsizdir – Yarıbişmiş yemək olmaz

Yumurta qida dəyərinə görə yüksək keyfiyyətli və orqanizm tərəfindən 97-98% mənimsənilən ərzaq məhsuludur. Yumurtanın tərkibində dəyərli zülallar, yağlar, lesitinlər, vitaminlər və mineral maddələr vardır. Heyvan mənşəli qida qrupuna daxil olan yumurtada bir sıra risk qrupları var. Bu risklərə nəinki mikroorqanizmlərlə, həmçinin qida alergiyaları da daxildir. Yumurta alarkən aşağıdakı qaydalara diqqət […]

ABŞ-ın nüvə bombardmançısı Rusiya sərhədlərinə yaxınlaşıb

Hadisə günorta saatlarında baş verib  ABŞ HHQ-nin strateji bombardmançısı Rusiyanın Kakininqrad vilayətinin sərhədlərinə yaxınlaşıb. Bu barədə Plane Radar monitorinq resursu məlumat yayıb. Turkustan.info-nun Sputnik Azərbaycan-a istinadən xəbərinə görı, Bakı vaxtı ilə 14:45-də rəsmi nömrəsi 60-0024 olan Boeing B-52H Stratofortress təyyarəsi Fairford hərbi bazasından havaya qalxıb. 16:20-də o Rusiyanın Baltika donanmasının […]

İlham Əliyev Nursultan Nazarbayevə zəng etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 20-də Qazaxıstan xalqının lideri, Təhlükəsizlik Şurasının sədri Nursultan Nazarbayevə telefonla zəng edib. Turkustan.info xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. Dövlətimizin başçısı Nursultan Nazarbayevin prezidentlik fəaliyyəti dövründə Qazaxıstanın inkişafı, firavanlığı və əmin-amanlığının təmin olunması istiqamətində yorulmaz səylər göstərdiyini vurğulayıb, onun xalqımızın ümummilli […]

Ən “xoşbəxt” və “bədbəxt” ölkələrin adları açıqlandı – Siyahıda Azərbaycan da var

Skandinaviya və ətraf ölkələrdə insanlar özünü çox xoşbəxt hiss edir. BMT-nin sifarişi ilə hazırlanan “World Happiness Report” da bunu deyir. Turkustan.info xəbər verir ki, hesabata görə, özünü ən çox xoşbəxt Finlandiyada hiss edirlər. Finləri norveçlilər, danimarkalılar və islandlar izləyir. Ümumiyyətlə, hesabatda 156 ölkənin adı yer alıb. Axırıncı pillədə Burundi qərarlaşıb. […]

Paşinyanın arvadı Azərbaycan şəhərindən fotolarını paylaşdı

İşğalçı ölkənin baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan sosial şəbəkədə Azərbaycanın işğal altındakı torpaqlarına sonuncu qanunsuz, amma sərbəst səfərləri zamanı çəkdirdikləri bir neçə fotonu paylaşıb. Turkustan.info Moderator.az-a istinadən xəbər verir ki, erməni saytlarının yaydığı məlumata görə, A.Akopyanın paylaşdığı şəkillərdə əri Paşinyanla birgə Xankəndinin mənzərəli bir məkanında rahat çay içmələri […]

Fəhləlikdən prezidentliyə yüksələn Nursultan Nazarbayev FOTOLARDA

Nursultan Nazarbayev ötən gün 30 illik hakimiyyətinə son verərək, Qazaxıstan prezidenti postundan istefa verdi. Nazarbayev xalqa müraciətində “Mən prezident kimi səlahiyyətimi başa vurmaq qərarını aldım. Bu il bu yüksək postu tutmağımın 30 ili tamam olur. Xalq mənə müstəqil Qazaxıstanın ilk prezidenti olmaq imkanını vermişdi” deyib. Nursultan Nazarbayev 6 iyul 1940-cı tarixində Qazaxıstanda doğulub. 1958-1960-cı […]

NATO-nun Qafqaza gəlməsi Azərbaycana nə vəd edir? – EKSPERT RƏYİ

“NATO-nun Gürcüstanda keçirdiyi hərbi qərargah təlimləri Avropada Alyansın Rusiyanın aqressiyasına qarşı hərbi- strateji siyasətinin davamı, Avropa məkanında NATO-Rusiya siyasi-hərbi qarşıdurmasının yeni müstəviyə keçməsidir. Alyans öz hərbi iştirakını Şərqi Avropada Rusiya təhlükəsinə qarşı formalaşdırır. Həqiqətənmi Rusiya Avropa üçün bu qədər təhlükəlidir ki, NATO bu istiqamətdə durmadan hərbi təlimlər keçirir, raket və […]

Prezident yeni islahat anonsu verdi – Bu sahələrdə…

İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, – artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, – təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub. Turkustan.info xəbər verir ki, bunu Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə […]

İranda Novruz şənlikləri faciəyə çevrildi: Ölənlər var

İranda İlaxır çərşənbədə keçirilən festivallarda 1600-dən çox insan yaralanıb, 2 nəfər isə həlak olub. Turkustan.info xəbər verir ki, bu barədə ölkənin təcili tibbi yardım xidməti məlumat yayıb. “Ötən gün baş verən hadisələrdə 1676 insanın yaralanması və 2 nəfərin ölməsi ilə bağlı məlumat daxil olub”, – deyə xidmətin rəhbəri Pirhüseyn Qulivənd deyib.  […]

Polis olmaq istəyənlərin nəzərinə

Daxili İşlər Nazirliyi vakant post-patrul xidmətinin polis nəfəri (kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. Bu barədə DİN-dən məlumat verilib. 2019-cu il aprel ayının 15-də saat 08.00-da, daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən DİN-in Əlahiddə Çevik Polis Alayında, Bakı şəhər Baş Polis İdarəsinin tabeli orqanlarında və Sumqayıt, […]

Nazarbayevin qızı ölkəsində yüksək vəzifəyə seçildi

Qazaxıstan parlamentinin yuxarı palatası olan Senata yeni sədr seçilib. Turkustan.info xəbər verir ki, Dariqa Nazarbayeva gizli səsvermə yolu ilə Senatın yeni sədri seçilib. O, dünən Qazaxıstan Prezidenti postundan istefa vermiş Nursultan Nazarbayevin qızıdır. Nursultan Nazarbayevin böyük qızı olan Dariqa Nazarbayeva 7 may 1963-cü ildə doğulub.  İlk dəfə 2004-cü ildə deputat seçilib 2012-ci […]

Novruz süfrəsi: Neçəyə başa gəlir?

“Novruz gəlir, yaz gəlir… Bir əlində xonçası..” Hazırda baharın, bayramın gəlişi həmin “xonçanın” qiyməti ilə daha çox xarakterizə olunur, desək, yanılmarıq.  Daha çox müzakirəyə çevrilən başlıca mövzu qiymətlərin harada:bazarda, yoxsa, yarmarkalarda ucuz olmasıdır. Bu gün hamını düşündürən odur ki, görən, qozun, fındığın, ətin, yağın qiyməti neçəyədir.  Bayram qiymətlərinin əlverişli olması […]

Paşinyan ermənilərlə azərbaycanlıları söyüşməyi dayandırmağa çağırır: “Can-ciyər söhbətləri ola bilməz, amma…”

Xəbər verildiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün 5 saata yaxın davam edən mətbuat konfransı keçirib və Qarabağ mövzusunda da suallara cavab verib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan vasitəçilərin danışıqlarda liderləri xalqları sülhə hazırlamağa çağırdığını xatırladıb. Amma deyib ki, sülhü təkbaşına qurmaq alınmaz. “Bax elə […]

Babayanın Qarabağ sayıqlaması: Bu, müzakirə oluna bilməz! – Cavab

Sabiq dövlət müşaviri Qabil Hüseynlinin Axar.az-a müsahibəsini təqdim edirik: – Ermənistan Madrid prinsiplərindən imtina edə bilərmi? – Ermənistan Madrid prinsiplərindən imtina edə bilər. Amma əvəzində hansısa prinsipi, şərtləri Ermənistan qəbul etməyə məcbur olacaq. Madrid prinsiplərindən imtina etmək danışıqlardan imtina etməyə bərabərdir. Madrid prinsipləri 2007-ci ilin iyul ayında qəbul edilib və hər […]

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Turkustan.info-nun məlumatına görə, təbrikdə deyilir: “Əziz həmvətənlər, mən sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Novruz bayramı xalqımızın sevimli bayramıdır. Əsrlər boyu Azərbaycan xalqı Novruz bayramını qeyd edir. Bu bayramı biz yaxşı nəticələrlə qarşılayırıq. Azərbaycan uğurla və hərtərəfli inkişaf edir. Qarşıda duran […]

Səmada yaranan qorxunc “dəlik” insanları həyəcanlandırdı – VİDEO

Birləşmiş Ərəb Əmirliyinin Əl- Əyn şəhərinin sakinləri qeyri-adi hava hadisəsinin şahidi olublar.  Şəhər sakinlərinin Twitter-də yaydığı videogörüntülərdə səmada burulğana bənzəyən böyük bir dəlik açıq-aşkar görünür. Sosial şəbəkə istifadəçilərinin bəziləri bunu hava hadisəsi kimi deyil, yadplanetlilərin gəmisi, bəziləri Allahın qəzəbi kimi qiymətləndiriblər.  /oxu.az/ 2. 247 Baxılıb

“Deputat Azay Quliyev barədə yazılanlar doğru deyil” – İş adamı Azay Möhnətov

Azay Möhnətov: “Otuz ilə yaxındır ki, bizneslə məşğul oluram. Biznesin isə birinci qaydası halallıqdır. İkinci qaydası isə qanunla çalışmaqdır. Biz, halallığın və qanunun tərəfdarıyıq.” “AF Holdinq” Şirkətlər Qrupunun rəhbəri, İş adamı Azay Möhnətovun “İslahat.az” xəbər portalına müsahibəsini təqdim edirik. – Azay müəllim, iş həyatınızda hansı yeniliklər var? – Gördüyümüz işlərin keyfiyyətini […]

Orenburqun azərbaycanlı idmançısı

Xalqımızın başını xarici ölkələrdə uca edən qeyrətli oğullar az deyil. Onların hər biri hörmətə, ehtirama layiqdir. Bu gün sizə onlardan biri, 25 yaşlı Qabil Məmmədovdan söhbət açmaq istəyirəm. O, 1994-cü ildə Rusiyanın Orenburq şəhərində dünyaya gəlib. 2011-ci ildə orta məktəbi bitirərək Orenburq Dövlət Universitetinə qəbul olunub. 2016-cı ildə oranı mühəndis […]

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. Turkustan.info xəbər verir ki, Birinci vitse-prezidentin rəsmi “İnstagram” hesabında dərc olunan təbrikdə deyilir: “Əziz dostlar! Səmimi təbriklərinizə, xoş arzularınıza, sevgi və dəstəyinizə görə sizin hər birinizə öz adımdan və Prezidentin adından dərin minnətdarlığımı bildirirəm! Biz sizin xoş münasibətinizi daim hiss edirik […]