Ç. İyl 17th, 2019

Fəhləlikdən prezidentliyə yüksələn Nursultan Nazarbayev FOTOLARDA

Nursultan Nazarbayev ötən gün 30 illik hakimiyyətinə son verərək, Qazaxıstan prezidenti postundan istefa verdi.

Nazarbayev xalqa müraciətində “Mən prezident kimi səlahiyyətimi başa vurmaq qərarını aldım. Bu il bu yüksək postu tutmağımın 30 ili tamam olur. Xalq mənə müstəqil Qazaxıstanın ilk prezidenti olmaq imkanını vermişdi” deyib.

Nursultan Nazarbayev 6 iyul 1940-cı tarixində Qazaxıstanda doğulub. 1958-1960-cı illərdə Dneprodzerjinsk texniki peşə məktəbində oxuyub, “Kazmetalurqstroy” trestində fəhlə işləyib. 1960-1969-cu illərdə Karaqandı metallurgiya zavodunda müxtəlif vəzifələrdə çalışıb. 

1967-ci ildə Karaqandı metallurgiya zavodunun nəzdində Ali Texniki Məktəbi bitirib, iqtisad elmləri doktorudur. 

1969-1984-cü illərdə Karaqandı metallurgiya zavodunda, Temirtau səhər partiya komitəsində, Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsində komsomol və partiya işlərində çalışıb. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Ali Partiya məktəbini qiyabi bitirib. 

1984-1989-cu illərdə Qazaxıstan SSR Nazirlər Sovetinin sədri olub. 1989-1990-cı illərdə Qazaxıstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi və Qazaxıstan SSR Ali Sovetinin sədri seçilib. 

24 aprel 1990-cı ildə Qazaxıstan Respublikasının Ali Soveti tərəfindən Qazaxıstan Respublikasının Prezidenti seçilib.
 
1 dekabr 1991-ci ildə ümumxalq seçkiləri nəticəsində Qazaxıstan Respublikasının Prezidenti seçilib. 29 aprel 1995-ci ildə ümumxalq referendumu nəticəsində prezident səlahiyyətləri uzadılıb. 10 yanvar 1999-cu ildə seçkilərdə 81,71% səs toplayaraq yenidən prezident seçilib. 4 dekabr 2005-ci ildə seçkilərdə 91.15% səs toplayaraq təkrar prezident olub.

Evlidir, üç qızı var. Tennis və xalq musiqisinə maraq göstərir.

Turkustan.info Modern.az-a istinadən Nursultan Nazarbayevlə bağlı fotoları təqdim edir:

Nazarbayevlər ailəsi. Nursultanın uşaqlığı…

Foto 1960-cı ildə çəkilib.

Gənc Nursultan – 1970-ci il.

Nursultan Nazarbayev və həyat yoldaşı Sara xanım.

Nursultan anası ilə birlikdə…

Nursultan Nazarbayev qızları, kürəkənləri və nəvələri ilə

Qazaxıstan Prezidentinin inauqurasiya mərasimi.

Nazarbayev ABŞ prezidentləri ilə…

Nazarbayevin Azərbaycan səfəri – 16 sentyabr 1996-cı il…

Nursultan və Sara Nazarbayevlər xalqın arasında…

Nursultan Nazarbayev həyat yoldaşı ilə səsvermədə…

Azərbaycan Prezidenti Heydər Əliyev Qazaxıstanda səfərdədir.

Nursultan Nazarbayev kompüter arxasında…

Heydər Əliyev, Nursultan Nazarbayev və Vladimir Putin.

Nazarbayev və Ukrayna Prezidenti Petro Poroşenko.

Qazaxıstan və Belarus prezidentlərinin görüşü.

Prezident avtoqraf verir…

Nursultan Nazarbayev və İlham Əliyev.

Nazarbayev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla…


Türkiyənin eks-prezidenti Abbudulla Gül, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Azərbaycan prezidenti İlham Əliyev…

Türk dövlət rəhbərləri və Rusiya lideri…