Ç. İyl 17th, 2019

İranda Novruz şənlikləri faciəyə çevrildi: Ölənlər var

İranda İlaxır çərşənbədə keçirilən festivallarda 1600-dən çox insan yaralanıb, 2 nəfər isə həlak olub.

Turkustan.info xəbər verir ki, bu barədə ölkənin təcili tibbi yardım xidməti məlumat yayıb.

“Ötən gün baş verən hadisələrdə 1676 insanın yaralanması və 2 nəfərin ölməsi ilə bağlı məlumat daxil olub”, – deyə xidmətin rəhbəri Pirhüseyn Qulivənd deyib.  /Axar.az/