NATO-nun Qafqaza gəlməsi Azərbaycana nə vəd edir? – EKSPERT RƏYİ

“NATO-nun Gürcüstanda keçirdiyi hərbi qərargah təlimləri Avropada Alyansın Rusiyanın aqressiyasına qarşı hərbi- strateji siyasətinin davamı, Avropa məkanında NATO-Rusiya siyasi-hərbi qarşıdurmasının yeni müstəviyə keçməsidir. Alyans öz hərbi iştirakını Şərqi Avropada Rusiya təhlükəsinə qarşı formalaşdırır. Həqiqətənmi Rusiya Avropa üçün bu qədər təhlükəlidir ki, NATO bu istiqamətdə durmadan hərbi təlimlər keçirir, raket və zirehli texnikanı Rusiyanın sərhədlərinə yaxın cəmləşdirir. Mərkəzi Avropada ABŞ yeni raket sistemlərini yerləşdirir. Polşa da yeni hərbi bazalar qurulur. Artıq Rusiya XİN-i bəyanat verərək, NATO-nun siyasətindən narahat olduqlarını və adekvat cavab verəcəklərini qeyd edir. Rusiyanın NATO-ya cavabı Baltik Dənizində və Kalinqrad vilayətində yeni raketlər yerləşdirməsinə səbəb olacaq”. 

NATO-nun Qafqaza gəlməsi Azərbaycana nə vəd edir? - EKSPERT RƏYİ

Turkustan.info Cebhe.info-ya istinadən xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. M.Əsədullazadə qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi və Krımı anneksiya etdiyindən sonra Şərqi Avropa dövlətlərinə qarşı belə bir təhlükənin olduğu ortaya çıxdı: 

“ABŞ-ın moderatorluğu ilə Alyans Avropaya görə də kompleks tədbirlər görür. Təbii ki, Rusiyada NATO-nun bu siyasətinə adekvat olaraq öz hərbi texnikalarını, canlı qüvvəsini Qərb sərhədlərinə yığır. Bu da Şimali Avropadan Cənubi Qafaza kimi yeni bir zolağın hərbiləşdirilməsi deməkdir. Təbii ki, bu təhlükəli tendensiyanın formalaşmasına gətirib çıxarır. Bu gün NATO Şərqi Avropada güclənməsə, Rusiya, Polşa və Pribaltika ölkələri, həmçinin Finlandiya üçün təhlükə kəsb edir. Rusiyanın əsas siyasəti Şərqi Avropa üzərində öz nüfuz dairəsini genişləndirməkdir. Məhz ona görə də Baltik dənizindən başlayaraq, Şərqi Avropaya, oradan da Qara dəniz akvatoreyası və Cənubi Qafqaz NATO -nun fəaliyyət sahəsini genişləndirərək, Rusiyanın sərhədlərinə yaxın müdafiə xəttini gücləndirməsində məntiqi yanaşma var”. Politoloq hesab edir ki, bu proses çərçivəsində Rusiya Gürcüstanı cəzalandıra bilər: “Hazırda Gürcüstanda keçirilən “NATO-GEO EXERCISE 2019” adlandırılan təlimdə 24 üzv və tərəfdaş ölkənin hərbçiləri iştirak edir. Bu təlimlər regionda Alyansın iştirakını inkişaf etdirmək, həmçinin Cənubi Qafazda Rusiyanın mövqeyini zəiflətməkdir. Rusiya bu təlimlərdən ciddi narahatdır və Gürcüstanı müxtəlif istiqamətlərdə cəzalandıra bilər. Bu cəzalandırma mexanizmi Cənubi Osetiyada sərhədləri Gürcüstanın içərilərinə qədər çəkə bilər.  Bu da Gürcüstan üçün yeni ərazilərin itirilməsi deməkdir. Bundan əlavə, NATO-nun Gürcüstandakı təlimlərində Azərbaycanın iştirakı milli maralarımıza cavab verir. Ermənistan təlimlərə qatılmadı. Artıq NATO -Azərbaycan əlaqələri yeni müstəviyə keçir. Qeyd edim ki, cənub sərhədlərdə -Cənubi Qafqazda NATO-nun güclənməsi, Rusiyanın qonşularına qarşı dağıdıcı və işğalçı siyasətindən irəli gəlir. Çünki Moskva regiona öz “arxa bağçası” kimi baxır. Cənubi Qafqazda NATO və Rusiya qarşıdurması Alyansın qələbəsi ilə bitəcək. Bir müddətdən sonra Rusiya Cənubi Qafazdan sıxışdırılacaq, region NATO çətiri altına girəcək. İlk növbədə Alyansın regionda mövcudluğu işğal və separtizmin sonu demək olacaq. Demək, NATO-nun Qafqaza gəlməsi Azərbaycan və Gürcüstanın milli təhlükəsizlik maraqlarına cavab verir. Ona görə də işğaldan əziyyət çəkən Azərbaycan və Gürcüstan NATO-nun regionumuzda fəaliyyətinin genişlənməsinə hər cür dəstək verməlidir”. 

 

558 Baxılıb