Ç. İyl 17th, 2019

Nazarbayevin qızı ölkəsində yüksək vəzifəyə seçildi

Qazaxıstan parlamentinin yuxarı palatası olan Senata yeni sədr seçilib.

Turkustan.info xəbər verir ki, Dariqa Nazarbayeva gizli səsvermə yolu ilə Senatın yeni sədri seçilib. O, dünən Qazaxıstan Prezidenti postundan istefa vermiş Nursultan Nazarbayevin qızıdır.

Nursultan Nazarbayevin böyük qızı olan Dariqa Nazarbayeva 7 may 1963-cü ildə doğulub. 

İlk dəfə 2004-cü ildə deputat seçilib

2012-ci ildə təkrar deputat mandatı qazanıb və parlamentin Sosial-mədəni inkişaf komitəsinə rəhbərlik edib.
2014-cü ildə isə parlamentin aşağı palatası olan Məclisin vitse-spikeri seçilib.

O, 2015-ci ilin sentyabrında prezidentin imzaladığı sərəncamla baş nazirin müavini vəzifəsinə təyin edilib.

2016-cı ildən parlamentinin yuxarı palatası olan Senatın deputatıdır.

Dariqa Nazarbayeva Rahat Əliyev ilə evli olub. Onlar 1983-cü ildə evlənib. Nurali (1985), Aysultan (1990) və Venera (2000) adlı 3 övladları var. 
2007-ci Rahat Əliyevdən ayrılıb.  /Modern.az/