Paşinyan ermənilərlə azərbaycanlıları söyüşməyi dayandırmağa çağırır: “Can-ciyər söhbətləri ola bilməz, amma…”

Xəbər verildiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün 5 saata yaxın davam edən mətbuat konfransı keçirib və Qarabağ mövzusunda da suallara cavab verib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan vasitəçilərin danışıqlarda liderləri xalqları sülhə hazırlamağa çağırdığını xatırladıb. Amma deyib ki, sülhü təkbaşına qurmaq alınmaz.

“Bax elə burada görmək mümkün olacaq ki, İlham Əliyevin Dağlıq Qarabağ və Ermənistan əhalisinə deməyə nə sözü var. Mənim isə Azərbaycan ictimaiyyətinə deməyə sözüm var”, – o qeyd edib.

Paşinyanın sözlərinə görə, hazırda Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan əhalisi arasında sosial şəbəkələr sayəsində birbaşa dialoq mümkündür. Amma deyib ki, onların yazışmalarında söyüş ardı-arası kəsilmədən dolu kimi yağır.

“Yaxşı, bir dəfə söydünüz, iki dəfə, min, milyon dəfə. Bəs sonra? Gəlin düşünək ki, bir-birimizə deməyə nə sözümüz var. Əlbətdə, “can-ciyərli” söhbətlər olmayacaq və ola da bilməz, amma bir-biri ilə necə danışmaq barədə düşünməyə dəyər”, – Ermənistan baş naziri qeyd edib.   

2. 013 Baxılıb