Ç. İyl 17th, 2019

Qənirə Paşayeva çağırış etdi: Bu kampaniyaya qoşulun – Foto

DOST Xonçası” kampaniyasına millət vəkili Qənirə Paşayeva da qoşulub.

Turkustan.info xəbər verir ki, bu barədə millət vəkili Feysbuk səhifəsində məlumat paylaşıb.

Millət vəkili kampaniya çərçivəsində 80 yaşlı Vəciqə Ağayevanın qonağı olub, hal-əhval tutub, bayramlaşıb:

“Bu nəcib təşəbbüsə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təşəkkür edirəm və hər kəsi bu kampaniyaya qoşulmağa çağırıram. Qoy Novruz sevincindən hər bir evə pay düşsün, bayram təbriki almayan heç bir insan qalmasın, heç kim özünü tənha hiss etməsin.

Azərbaycan xalqının gözəl, qədim ənənələri daim yaşasın! Bayramınız mübarək!”. 

/axar.az/