Ç. İyl 17th, 2019

Qar uçqununa düşən hərbçilərimizin axtarışı davam etdirilir

Qar uçqununa düşən Azərbaycan ordusunun iki hərbi qulluqçusunun axtarışları davam edir.

Turkustan.İnfo Real TV-yə istinadən bildirir ki, hazırda hərbi qulluqçuların tapılması üçün ixtisaslı xilasedicilərin iştirakı və xüsusi texnikanın cəlb edilməsi ilə axtarış-xilasetmə əməliyyatı həyata keçirilir. Hava şəraitinin dəyişməsi axtarışlarda bəzi problemlər yaradır.

Qeyd edək ki, Azərbaycan ordusunun iki hərbi qulluqçusu – gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər.