Be. İyn 24th, 2019

Goranboyda ağır qəza – İki nəfər yanaraq öldü

Goranboyda minik maşını yük maşını ilə toqquşub.
Hadisə gecə saatlarında Borsunlu kəndi yaxınlığında baş verib.
Məlumata görə “Ford” markalı minik maşını “Mercedes” markalı yük maşını ilə toqquşub. Qəzadan sonra yanğın baş verib. Yanğın nəticəsində minik maşınında olan sürücü və bir sərnişin köməksiz vəziyyətdə qaldığından dünyasını dəyişib.
 Onlardan birinin kimliyi müəyyən edilib.
Bu, “Ford” markalı avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü Zəminə Məmmədovadır.
Dünyasını dəyişən sərnişinin şəxsiyyəti isə hələlik məlum deyil. 
Faktla bağlı araşdırma aparılır. Yanaraq dünyasını dəyişən sürücü ilə sərnişinin şəxsiyyəti dəqiqləşdirilir.   (ONA)