Ç. İyl 17th, 2019

KamAZ sərnişinlə dolu taksinin üstünə aşdı – VİDEO

Moskvanın cənubunda qum daşıyan KamAZ markalı yük avtomobili sərnişinlə dolu taksinin üstünə aşıb.

“360” telekanalının yaydığı məlumata görə, nəticədə taksi sürücüsü və sərnişlər hadisə yerində həlak olublar.

Minik avtomobilinin üzərinə tökülən qum nəqliyyat vasitəsinin damının çökməsinə səbəb olub. Avtomobili çıxarmaq üçün hadisə yerinə qaldırıcı kran gətirilib.

Qəzanın səbəbləri məlum deyil.

/oxu.az/