Ç. İyl 17th, 2019

Türkmənistan Bakı-Tiflis-Ceyhana qoşulur

2020-ci ildə Azərbaycan Bakı-Tiflis-Ceyhan neft kəməri ilə 4 milyon ton Türkmənistan nefti ixrac etmək istəyir. 

Turkustan.info-nun məlumatına görə, bubarədə SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib. Xəzər dənizindən bərələr vasitəsilə daşınan türkmən nefti Bakı-Tbilisi-Ceyhan kəməri ilə ixrac olunur. Qeyd edilir ki, Türkmənistan Xəzərsahili bölgədə, TRASEKA beynəlxalq nəqliyyat və kommunikasiya dəhlizində və Xəzər regionunun üçün Yeni İpək Yolu üzərindəki əsas keçidinə çevrilmək istəyir. 

Türkmənistan özünün enerji ehtiyatlarını və digər məhsullarını Qərbə ixrac etmək üçün Azərbaycanın lojistik imkanlarından, o cümlədən Ələt və Bakı limanlarından, Bakı-Tiflif-Qars dəmir yolundan və Gürcüstan istiqamətindəki magistral yoldan istifadə etməyi nəzərdə tutur.  /Cebhe.info/