Ərdoğan Trampa meydan oxuyur – “Deyli Ekspress”

İngiltərənin “Deyli Ekspress” qəzetində dərc edilən məqalədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Tramp hakimiyyətinə açıq şəkildə meydan oxuduğu və S-400 müdafiə sistemini almaq niyyətində olduğu bildirilib.

Turkustan.info xəbər verir ki, məqalədə rus müdafiə sistemlərinin alınmasının Türkiyə üçün sanksiya və s. ciddi problemlərlə nəticələnəcəyi ilə bağlı xəbərdarlıqların Ərdoğanı dayandıra bilmədiyi qeyd edilib.

Məqalədə Vaşinqtonun Ankaranı F-35-lə təhdid etdiyi, Ağ Ev administrasiyasının təzyiqləri artırmasına baxmayaraq, Ankaranın indidən rus müdafiə sistemini saxlamaq üçün hərbi baza seçdiyi xüsusi vurğulanıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyə ilə “Patriot” raket sistemlərinin tədarükü barədə danışıqları davam etdirmək üçün Ankaranın S-400 raket əleyhinə müdafiə sistemindən imtina etməsinin şərt olduğunu açıqlamışdı.  /Axar.az/

334 Baxılıb