Ç. İyl 17th, 2019

Azərbaycanın məşhur meyxanaçısı vəfat etdi

Bir müddətdir ağır xəstəlikdən əziyyət çəkən məşhur meyxanaçı Aydın Xırdalanlı (Aydın Quliyev) dünyasını dəyişib.

Bu barədə müğənni Namiq Qaraçuxurlu öz Instagram səhifəsində xəbər paylaşıb.

Turkustan.info xəbər verir ki, meyxanaçı axşam saatlarında vəfat edib.

 Meyxanaçı 1977-ci ildə dünyaya göz açıb. 

Onun səsləndirdiyi bir çox meyxanalar dillər əzbərinə çevrilib.

/Oxu.Az/