Ç. İyn 19th, 2019

Xərçəngi yox edən İNANILMAZ KƏŞF

Türkiyənin Ege Universitetinin Nüvə Elmləri Fakültəsinin doktoru Perihan Ünak xərçəng xəstəliyinin müalicəsi istiqamətində inanılmaz kəşfə imza atıb.

Turkustan.info-nun xarici mətbuata istinadən xəbərinə görə, P.Ünak və onun rəhbərlik etdiyi qrup, xərçəngin müalicəsi və xərçəng hüceyrələrinin görüntülənməsində yeni maqnetik sistem hazırlayıb. Kəşf patent hüququ alıb.

Hüceyrə və heyvan üzərində fərqli xərçəng hüceyrələrini hədəfləyən araşdırmalar edildiyini deyən Perihan Unak bildirib ki, bundan sonra qarşıda duran əsas məsələ  sənayeçilərin kəşflə maraqlanması və qanunvericiliyə uyğun fəaliyyət və testlərin aparılmasıdır.

O bildirib ki, universitet beynəlxalq iş birliyi olan İngiltərə və Amerikadakı bəzi universitetlər və mərkəzlərlə birlikdə fəaliyyət göstərirlər.  /Cebhe.info/

Paylaşılıb
CrestaProject