Ç. İyn 26th, 2019

Ən qorxulu xəstəliyin qarşısını almağın ən asan yolu

Ümumdünya Vərəmlə Mübarizə günündə nikbinlik yaradan açıqlama

Turkustan.info bildirir ki, Ümumdünya Vərəmlə Mübarizə günündə İstiPress-in şmal bürosunun müsahibi olan Quba rayon mərkəzi xəstəxanasının  regional vərəm laboratoriyasının müdiri  İlahə Umudova ilə bu sosial xəstəliyə qarşı burada aparılan mübarizə tədbirləri barədə söhbət edir. 

Onun sözlərinə görə, şimal bölgəsinin Quba, Qusar, Xaçmaz, Şabran rayonlarının əhalisinə xidmət edən laboratoriyada son illər ən müasir avadanlıq və aparatlar quraşdırılıb.

Həkim xanım bildirir ki, vərəmlə mübarizədə ən önəmli müraciət edən insanların erkən aşkarlanmasını müəyyən etməkdir. Burada 3 – mikroskopik, GeneXpert və patoloji materialın əkilməsi üsullarla profilaktika aparılır.

İlahə Umudovanın sözlərinə görə, mikroskopiya üsulu ilə xəstəliyin yoluxucu olub olmadığı təyin edilir. Molekulyar və genetik üsul olan GeneXpert vasitəsilə vərəmi 95 faiz dəqiqliklə  müəyyən etmək  mümkündür. Vərəmin mübarizəsində ən çox istifadə edilən dərman vasitələrindən olan rifampisina xəstəliyin həssas və ya davamlı olduğunu müəyyən edir və 3 saat ərzində xəstəyə cavab verilir. Beləliklə, laboratoriyaya müraciət edən xəstəyə dərhal dəqiq dioqnoz qoyularaq xəstəliyi yoluxucu olub olmadığı müəyyən edilir. Bu da vərəmin erkən müalicəsi üçün vacib amildir.

Quba regional vərəmlə mübarizə laboratoriyasının müdiri İlahə Umudova məlumat verdi ki, vərəmlə mübarizədə sonuncu metod isə əkilmə üsuludur. Əvvəllər əkilmənin cavabı 2 aya çıxırdısa, indi laboratoriyada yeni quraşdırılmış MGIT aparatı vasitəsilə cavabını 1 aya öyrənmək mümkündür. Bu da xəstəliyin vaxtında müalicə edilməsinə şərait yaradır.

Ümumiyyətlə, həkim Umudova bildirir ki, laboratoriyada son illər quraşdırılmış GeneXpert və MGIT aparatları vərəmlə erkən mübarizədə çox səmərəli rol oynayır. Ümumdünya Səhiyyə Təşkilatı bu avadanlıqların vərəmin mübarizəsində ən müasir  aparat olduğunu bəyan edib.