Azərbaycanda qatarla maşın toqquşdu: Ölən var

Füzuli rayonunda yük qatarı və “VAZ-2106” markalı minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Turkustan.info-nun məlumata görə, qəza nəticəsində avtomobilin sürücüsü hadisə yerində ölüb.

Onun şəxsiyyəti hələlik müəyyənləşməyib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır. 

494 Baxılıb