Ç. İyl 17th, 2019

“Ola bilsin, Allah Trampı İsraili xilas etmək üçün göndərib…”

ABŞ dövlət katibi Mayk Pompeo güman edir ki, prezident Donald Tramp, ola bilsin, Allah tərəfindən İsraili xilas etmək üçün göndərilib. Turkustan.info xəbər verir ki, bunu dünən “The Jerusalem Post” nəşri yazıb.

Xristian teleradio şirkətinə müsahibəsi zamanı dövlət katibindən soruşublar: o inanırmı ki, prezident Trampı məhz indi ona görə yüksəldiblər ki, bir vaxtlar kraliça Ester kimi, yəhudi xalqını İran təhlükəsindən xilas etməyə yardımçı olsun. Bu zaman Purim bayramı ilə bağlı əhvalat və İranla İsrail arasındakı hazırkı vəziyyətə istinad olunub. Cavab olaraq, Pompeo deyib: “Bir xristian olaraq mən, əlbəttə, inanıram ki, bu mümkündür”.

Onun sözlərinə görə, ABŞ administrasiyasının gördüyü iş əmin olmağa imkan verir ki, Yaxın Şərqdə bu demokratiya, bu yəhudi dövləti qalmaqdadır və “əmindir ki, burada Allahın əli var”.

Dövlət katibi onu da bildirib ki, Tramp administrasiyasının İsrail və fələstinlilər üçün sülh planı hər hansı dinin “əsas prinsipləri”ni qurban vermir.

“Mən indiki halında planın təfərrüatlarını görmüşəm”, – Pompeo deyib. “Planda Qüdsün bölünməsi nəzərdə tutulurmu?” sualını cavablandırarkən dövlət katibi qeyd edib ki, bu məsələdə heç bir dinin əsas prinsiplərinə toxunulmur.

Xatırladaq ki, amerikalı diplomat İsrailin baş naziri Binyamin Netanyahu ilə birlikdə Qüdsdə Qərb divarını ziyarət edib. Nəşr vurğulayır ki, bu, Vaşinqtondan gəlmiş nüfuzlu diplomatın israil hökumətinin başçısı ilə birlikdə Qərb divarına ilk səfəridir.  /Virtualaz.org/