“Xankəndini vur!” düzgün ifadə deyil – Ekspertdən etiraz

Son vaxtlar sosial mediada çox rast gəldiyim şüarlardan biri “Xankəndini vur!”dur.

Turkustan.info xəbər verir ki, bu sözləri Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlı deyib. O bildirib ki, əslində xoş niyyətdən qaynaqlansa da, bu, doğru ifadə deyil:

“Bu ifadə tərzini dəyişmək lazımdır. Xankəndi düşmən ərazisi deyil, düşmənin işğal altında saxladığı ərazidir. Xankəndi bizim üçün vurulacaq yer deyil, azad ediləcək yerdir. Biz Xankəndini vurmayacağıq, xilas edəcəyik. Şüarlarımızda da hədəf Xankəndini işğal altında saxlayanlar, orada güc nümayiş etdirmək istəyənlər olmalıdır”.  /Axar.az/

333 Baxılıb