Dinozavrlardan daha qədim: 500 milyon yaşı olan canlı tapılıb

Alimlər təxmin edir ki, bu növ 510 milyon il əvvəl yaranı və 200 milyon il yaşayıb

Paleontoloqlar uzun illərin araşdırmasından sonra yer üzündə milyonlarla illər öncə yaşamış sirli məxluq aşkar ediblər. Sputnik Azərbaycan xəbər verir ki, stiloforan (stylophoran) adlı bu məxluqu hələ 19-cu əsrin ortalarında daşlaşmış torpaqda aşkar edirlərmiş.

Alimlər uzun müddət onun təkamüldə hansı yeri tutduğunu müəyyən edə bilməyiblər. Ancaq bu yaxınlarda Mərakeş yaxınlığında bu varlığın tam izi, o cümlədən yumşaq toxumaları aşkar edilib.

Tapıntı onu müəyyən etməyə əsas verib ki, stiloforanlar iynəlilərə aid olub, dəniz kirpisi, dəniz ulduzu, zanbaq, dəniz xiyarı kimi müasir növlərin qədim əcdadıdır.

Qalıqların yaşının 478 milyon il olduğu müəyyən edilib. Alimlər təxmin edir ki, bu növ 510 milyon il əvvəl yaranı və 200 milyon il yaşayıb. 

166 Baxılıb