Ça. İyn 25th, 2019

Putin Nazarbayevin istefa verəcəyini əvvəldən bilirmiş…

Rusiya prezidenti Vladimir Putin Qazaxıstan prezidenti Nursultan Nazarbayevin istefaya getmək barədə qərarını bir neçə saat əvvəldən bilirdi.

Turkustan.info yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Nursultan Nazarbayev özü zəng etdi. Əslində onlar lazım olanda bir-biriləri ilə tez-tez danışırlar. Son illər bu, həmişə olurdu. İstefanın elan olunmasından bir neçə saat qabaq zəng elədi”, – Peskov bildirib.  /Virtualaz.org/