Ça. İyn 25th, 2019

Şadlıq saraylarına POS terminal quraşdırıla bilər? – Ekspert

Şadlıq saraylarında POS terminallar quraşdırılsa, toy sahibi yığılan vəsaitə görə vergi ödəməlidir.

Turkustan.info xəbər verir ki, bu sözləri ekspert Radil Məmmədov bir neçə gündür şadlıq saraylarının birində “oğlan evi” və “qız evi” qutularının üzərində POS terminalların quraşdırılmasına münasibət bildirərkən deyib.

Şadlıq sarayları isə bunun ailənin istəyindən asılı olduğunu bildirir. Yəni əgər toy sahibi ənənəvi qaydada deyil, POS-terminal vasitəsilə pul yazılmasını istəyirsə, bu aparatların quraşdırılması mümkündür.

Xatırladaq ki, toya POS terminal vasitəsilə pul yazdırılması dünyada ik dəfə Hindistanda baş verib. Toyu olan cütlük dəvətnamələrində qeyd ediblər ki, toyda iştirak edən qonaqlar onlara hədiyyə olaraq Bitkoin (virtual valyuta) bağışlasınlar.  /Axar.az/