Bakıdakı yanğını söndürən mülki geyimli şəxslər kimdir? – Rəsmi

Bu gün bəzi sosial şəbəkə hesablarında “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın zamanı mülki geyimli şəxslərin də yanğının söndürülüməsində iştirak etməsini əks etdirən video-görüntü paylaşılıb.

Turkustan.info xəbər verir ki, məsələyə münasibət bildirən Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti əslində sözügedən mülki şəxslərin FHN-nin işçiləri olduğunu bəyan edib.

FHN-nin məlumatında qeyd edilir ki, həmin görüntülərdəki mülki geyimli şəxslər əslində FHN-nin DYMX-nin yanğınsöndürənləridir, bu gün onların istirahət günləri olmasına baxmayaraq, hadisə yerinə yaxınlıqda yaşadıqlarından öz həmkarlarına kömək məqsədi ilə əraziyə gəliblər.

FHN bir daha sosial şəbəkə istifadəçilərindən xahiş edir ki, dəqiqləşdirilməyən qərəzli şəkildə yayılan bu kimi video və ya məlumatlara deyil, nazirliyin rəsmi mövqeyinə istinad edilsin.  /Axar.az/

1. 124 Baxılıb