Ç. İyn 26th, 2019

“Diqlas”da baş verən yanğın yenidən gücləndi

Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğın yenidən şiddətlənib. 

Turkustan.info xəbər verir ki, “Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, ticarət mərkəzində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları soyutma işləri aparılan zaman partlayış baş verib və yanğın yenidən başlayıb.

Yanğının söndürülməsinə əlavə qüvvələr cəlb olunub.