ADAU-nun tədris-təcrübə təsərrüfatı yenidən qurulur

Azərbaycan Dövlət Aqrar Universitetinin uzun illər baxımsız qalan  tədris-təcrübə təsərrüfatında son illər böyük canlanma yaranıb və sözü gedən təsərrüfatda ölkə Prezidentinin xüsusi qayğısı, Kənd Təsərrüfatı nazirinin tapşırıq və tövsiyyələri ilə ən müasir səviyyədə işlər həyata keçirilib. Artıq görülən işlərin daha bir mərhələsi də başa çatıb. Yaşıllaşdırma, asfalt salma, rəngləmə, üzümlükdə cərgələrarası şümlama və başqa işlər vaxtında və keyfiyyətlə icra edilib.

Təhsil müəssisəsinin mətbuat xidmətindən verilən xəbərə görə hər  işin yerinə yetirilməsində rektor, AMEA-nın müxbir üzvü, professor  İbrahim Cəfərov  şəxsən iştirak edib və bu da prosesə könüllü  qoşulan  insanlara ruh verib, onları daha səmərəli fəaliyyətə həvəsləndirib. Hətta rektorun iştirakı ilə bir neçə dəfə tədris-təcrübə təsərrüfatında, açıq havada professor-müəllim, eləcə də ictimai təşkilatların və digər qurumların işçiləri ilə toplantılar keçirilib,   müzakirələr aparılıb, nəzərdə tutulan işlərin icrası üçün təkliflər dinlənilib və birgə qərarlar qəbul edilib. Bu cür toplantılar isə nəticə etibarı ilə görülən işlərin sürətinə və keyfiyyətinə yaxşı mənada təsr göstərib.

İbrahim Cəfərov tədris-təcrübə təsərrüfatında həyata keçirilən geniş miqyaslı quruculuğa münasibət olaraq bildirib ki, Möhtərəm cənab Prezidentin tapşırıqlarına uyğun olaraq Aqrar Universitetin modernləşdirilməsi istiqamətində görülən işlər davam etdirilir. Universitetlə yanaşı artıq tədris-təcrübə təsərrüfatı da yenidən qurulur. Biz daim irəli getməkdə israrlıyıq.

 

170 Baxılıb