ADAU-nun alimləri Tərtərdə pambıqçılıqla bağlı seminar keçirib

Azərbaycan Dövlət Aqrar Universitetinin alimlərinin daha bir səfəri Tərtər rayonuna olub.Alimlər rayonun Dövlət Aqrar İnkişaf Mərkəzində “Pambıqçılıqda innovativ texnologiyaların tətbiqi ilə məhsuldarlığın yüksəldilməsi”-nə dair seminar-müşavirə keçiriblər.

Professor Ziyad Abbasov,  professor Şahlar Babayev, professor Mirnaib Mirsalahov və dosent Siyavuş Vəliyev keçirilən seminar-müşavirədə pambıqçılıqda innovativ texnologiyalar, dəqiq səpinin texniki problemləri və iqtisadi səmərəliliyi, suvarmanın elmi əsaslarla təşkili və kənd təsərrüfatı maşınlarından istifadə zamanı təhlükəsizlik qaydaları barədə rayonun fermerlərinə və DAİM-in əməkdaşlarına maraqlı, innovativ məlumatlar veriblər, onların suallarını cavablandırıblar.

Seminar-müşavirədə DAİM-in direktoru dosent Mehman Babayev ADAU-nun rəhbərliyinə və əməkdaşlarına, həmçinin seminar iştirakçılarına minnətdarlığını bildirib.

 

187 Baxılıb