Ca. İyl 18th, 2019

Aİİ-də Elm Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər il 27 mart tarixinin “Elm günü” kimi təsis edilməsi haqqında Sərəncamının icrası məqsədilə Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Elm günü”nə həsr olunmuş tədbirlər planı hazırlanaraq təsdiq edilib. Tədbirlər planına uyğun olaraq, ali təhsil müəssisəsində “Elm günü”nə həsr edilmiş “İlahiyyat elmlərinin tədqiqi: mövcud vəziyyət və perspektivlər” mövzusunda “dəyirmi masa” təşkil olunub.

İnstitutun müəllim heyətinin, əməkdaşlarının, tələbə və magistrantlarının iştirakı iləkeçirilən “dəyirmi masa”da rektor, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovun, Elm və innovasiyalar üzrə prorektor, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinovun məruzələri dinlənilib.

Aİİ rektoru Ceyhun Məmmədov “İlahiyyat elmlərinin tədqiqi: problemlər, gözləntilər və hədəflər” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanın  ali təhsil müəssisələrində güclü elmi mühitin yaradılmasına xüsusi önəm verildiyini vurğulayan rektor dövlətimizin bu sahəyə daim diqqət və qayğı ilə yanaşdığını bildirib. C.Məmmədov, həmçinin elm və təhsilin inkişafında ulu öndər Heydər Əliyevin,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna xidmətlərinin olduğunu vurğulayıb.

 C.Məmmədovmüasir dövrdə ilahiyyat sahəsində görülən işlər, eyni zamanda,qarşıda duran hədəflər haqqında ətraflı məlumat verib.

Aİİ rəhbəri gənc kadrların intellektual səviyyəsinin artırılmasında daha böyük nəticələrin əldə olunması məqsədilə elm və təhsil əlaqələrinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən də danışıb.

İnstitutun Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov “Din araşdırmaları sahəsində mövcud olan beynəlxalq indeksli dərgilər” mövzusunda çıxış edib. A.Şirinov müasir dövrümüzdə elm, din və təhsil sahəsində aparılan islahatlardan bəhs edib. Daha sonra  “Web of Science” haqqında ətraflı məlumat verib.

A.Şirinov İnstitutda çalışan müəllim heyətinin alidərəcəli mütəxəssislər olduğunu vurğulayaraq, dünyanın bir çox ölkəsində fəaliyyət göstərən indeksli dərgilərdə onların məqalələrinin nəşr olunduğunu nəzərə çatdırıb.

Tədbirdə iştirak edən professor, ictimai-siyasi xadim Şahlar Əsgərov,  təhsil üzrə ekspert Nadir İsrafilovməruzələr ətrafında çıxışlar ediblər. Ali təhsilin bakire sex keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən bəhs ediblər.

Qeyd edək ki, Aİİ-də “Elm günü”nün keçirilməsində əsas məqsəd elmi fəaliyyətin cəlbediciliyini artırmaq, universitetin professor-müəllim heyətini, tələbələri elmi tədqiqat işlərinə stimullaşdırmaqdan ibarətdir.

Məlumat üçün bildirək ki, Azərbaycan İlahiyyat İnstitutu  AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası ilə birlikdə 03 aprel 2019-cu il tarixdə  “İslam sivilizasiyası və elm: tarix və müasirlik” mövzusunda elmi-praktik konfrans  təşkil etməyi nəzərdə tutur. Konfransın  keçirilməsində  məqsəd elmi tədqiqatların təqdimatı, müzakirəsi və qarşılıqlı məlumat  mübadiləsidir.

<img src="https://scontent.fgyd6-1.fna.fbcdn.net/v/t1.15752-9/54435950_499764760554841_7019583991829233664_n.jpg?_nc_cat=108