ADAU-da baytar həkimlərə daha bir təlim keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində fermerlərə təlimlərin davam edir və bu təlimlər daha da intensivləşdirilir. Növbəti təlim regionun baytar həkimləri üçün olub.

Təhsil müəssisəsinin mətbuat xidmətinin xəbərinə görə Baytarlıq elmləri doktoru, professor Hacı Hacıyevin 100 illik yubileyi ərəfəsində keçirilən təlimdə “Heyvandarlığın inkişaf prespektivləri, mövcud problemlər və qarşıda duran vəzifələr”  müzakirə edilib, ən aktual məsələlərin həlli yollar göstərilib. Əvvəlcə dosent Zahir Ələsgərov “Epizootiyalar və baytarlıq təbabəti qarşısında duran vəzifələr” barədə ətraflı danışıb. Sonra professor Mirzə Əliyev “Heyvandarlıq məhsullarının müasir qiymətləndirmə üsulları və qida təhlükəsizliyi”, professor Famil Nəsibov “İri və xırda buynuzlu heyvanlarda ən çox təsadüf olunan həzm sistemi xəstəlikləri”, professor Suluddin Abbasov “Balanslaşdırılmış yemləndirmənin məhsuldarlığa təsiri” haqqında məruzələr edib, sözügedən məsələlərə elmi yollar göstərib, izahlar veriblər.

Daşkəsən, Goranboy, Göy göl, Samux, Kəlbəcər və digər regionlardan olan və 40-dan artıq baytar həkimin iştirak etdiyi təlimdə qaldırılan bütün suallar ADAU-nun alimləri tərəfindən cavablandırılıb, heyvandarlığın dinamik inkişafı üşün tövsiyyələr söylənilib.

202 Baxılıb