Bz. İyl 21st, 2019

Ərdoğan seçkidən sonrakı hədəfini açıqladı

Rəcəb Tayyib Ərdoğan “Seçkilərdən sonra ilk iş Suriya məsələsinin həll etmək olacaq ”.

Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, bunu ölkə başçısı prezidenti Rəcəb Tayyib Ərdoğan  Bayrampaşa mitinqində öz seçicilərinə bildirib.

Ərdoğan PKK terror qruplaşmasına qarşı keçirilən əməliyyat tədbiri nəticəsində qruplaşmanın başçılarının hazırda koma vəziyyətində olduğunu da sözlərinə əlavə edib.

“Seçkilərdən sonra ilk iş Suriya məsələsini həll etmək olacaq. Bu millətin çörəyinə göz dikənləri əsla bağişlamarıq. Silahlı terroru yox etməkdə nə qədər qərarlıysaq,  iqtisadi terroru da sonlandırmağa bir o qədər qərarlıyıq”.  

Prezident Türkiyənin iqtisadi durumuna və ABŞ-la münasibətlərinə də toxunaraq qeyd edib:

“İMF-yə borcumuz əvvələr 23,5 milyard dollar idi. Mövcud kreditləri ödədik və 2013-cü ilin may ayında əlaqələri tamamilə kəsdik. Artıq onlarla iş görmək niyyətində deyilik. ABŞ-dan dron almağı da sonlandırmışıq, çünki artıq özümüz istehsal edə bilirik.  Hər cür basqıya boyun əyəcəyimizi düşünürlər. Amma o əvvəlki Türkiyə idi. Bu millətə bir daha şəhid baş nazir Adnan Menderesin itkisi kimi bir acı yaşatmağa heç kimin gücü çatmaz”.

Xatırladaq ki, Türkiyədə bələdiyyə seçkiləri martın 31-də baş tutacaq. Seçkilərə Ərdoğanın başçılıq etdiyi AKP partiyası ilə Dövlət Bahçelinin sədri olduğu MHP partiyası alyans şəklində gedir.