Ç. İyl 24th, 2019

“Bu video ilə bağlı rəsmi qurumlara müraciət edəcəm” – Qənirə Paşayeva

Qənirə Paşayeva

millət vəkili

Bu nə dəhşətdi İlahi?Bu adamlar gerçəkdən nə oxuduqlarının, nəyə oynadıqlarının, bu hərəkətləri ilə nəyi təbliğ etdiklərinin fərqində deyillərmi? Həmkarım Fazil Mustafanın Daxili İşlər Naziri və Baş Prokurora bu mahnı, bu videolarla bağlı müraciətini tamamilə dəstəkləyirəm və qoşuluram. Mən də bununla bağlı rəsmi qurumlara müraciət edəcəm. Bu videoların uşaqlar və yeniyetmələr üçün nə qədər zərərli bir təbliğat olmasının görəsən bu videolara çəkilən, çəkən və yayan adamlar, onların ailəsi, yaxınları gerçəkdən fərqində deyillərmi? Çox düşündürücü və narahatverici bir məsələdir. Çox üzüldüm, üzüntü və ciddi narahatlıqla izlədim. Təəssüf…

Amma bu cür videolara, narkomaniyanı təbliğ edənlərə qarşı ciddi addımlar atılmalıdır. Tədbirlər görülməlidir. Çox təəssüf… Böyüyən uşaqlarımızı düşünün bu addımı atmazdan əvvəl. Üzüntüvericidir.

Tezliklə yığışdırılması lazımdır bu videoların.