Gün: Aprel 2, 2019

Tanınmış tarixçi İlber Ortaylının Bakı proqramı açıqlandı – Konfrans, imza günü…

Türkiyənin Azərbaycandakı Səfirliyinin himayəsi, “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyinin (TÜİB) təşkilatçılığı ilə Azərbaycana dəvət olunan nüfuzlu türkiyəli tarixçi, professor İlbər Ortaylı Bakıda bir sıra görüşlər keçirəcək və mühazirələr söyləyəcək. Aprelin 14-də Heydər Əliyev Mərkəzində tanınmış tarixçinin “Qafqaz tarixi” mövzusunda mühazirəsi keçiriləcək. Aprelin 15-də ADA Universitetində tələbələrlə […]

Ərdoğan əleyhinə yeni partiya qurulur – Keçmiş nazirlərdən gözlənilməz həmlə

“Müxalifət partiyalarının bələdiyyə seçkilərində uğur əldə etməsi, Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlunu da hərəkətə keçirib”. Turkustan.info xəbər verir ki, bunu türk politoloq Fatih Altaylı deyib. O, keçmiş baş nazirin aktiv siyasətə qayıdacağını və yeni yaranacaq müxalifət partiyasına qatılacağını istisna etməyib. “Seçkilərin nəticələri yeni siyasi partiyaların yaranmasına yola aça bilər. […]

İstanbulda səslər yenidən sayılacaq: AKP-nin etirazı qəbul edildi

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul mahal nümayəndəliyinin etirazından sonra Türkiyənin Ali Seçki qurumu İstanbulun 8 mahalı ilə bağlı qərarını verib. Turkustan.info Türkiyə mediasına istinadən xəbər verir ki, Fateh, Beykoz, Çekmeköy, Şile, Bayrampaşa və Çatalca kimi mahallarda etibarsız səslər yenidən sayılacaq. Səslərin sayılması prosesi bütün partiya nümayəndələrinin iştirakı ilə […]

Sosial şəbəkə bu azərbaycanlıların həyatını məhv etdi: Xəyanət, ehtiras, zorakılıq – VİDEO

Son günlər 3 qızın çılpaq videosu ölkə gündəmini zəbt edib. Turkustan.info bildirir ki, Azxeber.com məsələnin aktuallığını nəzərə alaraq bu günə qədər sosial şəbəkədə yayılan ən məşhur videolar haqda kiçik araşdırma aparıb. Yasamal rayonunda fəaliyyət gostərən “Kids Studio Uşaq Mərkəzi”ndə uşaqların doyülməsini əks etdirən görüntülər səs-küyə səbəb olmuşdu. Sözügedən görüntülərdən sonra […]

İranda güclü daşqın – 57 ölü, 478 yaralı

İranda daşqınlar nəticəsində ölənlərin sayı 57 nəfərə qədər artıb, 478 nəfər zərər çəkib. Turkustan.info xəbər verir ki, bu haqda İRNA agentliyinə ölkənin fövqəladə vəziyyətlər üzrə idarənin nümayəndəsi bildirib. “Bütün əyalətlərdə daşqınlar nəticəsində qurbanların ümumi miqdarı təxminən 57 nəfərə çatıb. Onların əksəriyyəti Şiraz şəhərinin sakinləridir”, – Moctebi Xaledi deyib.    /Teleqraf.com/ 316 […]

XDMX-dən xəbərdarlıq: Bu saytlar zərərverici yayır

Populyar “Vordpress” və “Joomla” platformalarında çalışan 500-dən çox müdaxilə edilmiş saytlar, arxa planda, fişinq linkləri və digər müxtəlif zərərli məzmunlu proqram təminatı da daxil olmaqla bekdor yayıb. Turkustan.info bildirir ki, bu barədə Report-a Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyindən məlumat verilib. Məlumata görə, bu yeni […]

“Vaxtilə deyəndə ki, “soğan əkin”, çoxu məni təhqir edirdi…” – Deputat

“Vaxtilə mən deyəndə ki, “gedin soğan əkin”, çox adam məni təhqir edirdi. O vaxtı mən demişdim ki, kim nə istəyirsə, əksin, becərsin. Lap gedib soğan əksinlər və sair. Mən belə demişdim, sonra bu fikirlərimi konteksdən çıxarıb “gedin soğan əkin” deyə yazdılar. İndi soğanın kilosu 2 manatdır”. Turkustan.info-nun məlumatına görə, bu […]

Meyiti parçalanaraq üç rayonda basdırılan kişi niyə öldürülüb? – TƏFƏRRÜAT

Masallı rayonunda törədilən dəhşətli qətlin bəzi təfərrüatı məlum olub.  Turkustan.info bildirir ki, hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, meyiti parçalandığı və Azərbaycanın üç rayonunda basdırıldığı ehtimal edilən Cəlilabad rayon sakini 25 yaşlı Sahib Mahmudov “cinayət ortaqları” tərəfindən öldürülüb.  Buna səbəb isə S.Mahmudovun “ortaq”larını işlədikləri cinayəti polisə etiraf etməklə, onları hüquq-mühafizə […]

Azərbaycanda məhbus sayı Avropa ölkələrindən 2 dəfə çoxdur

Rusiya hər 100 min sakinə düşən məhbus sayına görə Avropa lideridir. Turkustan.info xəbər verir ki, bu barədə Lozanna Universitetinin ekspertlərinin Avropa Şurası üçün hazırladığı hesabatda deyilir. 2017-2018-ci ilin yanvarına olan məlumata əsasən,  Rusiyada hər 100 min sakinə 418,3 məhbus düşür. Azərbaycanda bu göstərici 100 min sakin üçün (235), Gürcüstanda (252) və […]

Aprel döyüşlərini Türkiyə mediasına çatdıran jurnalist – Ali Kan: “Şanlı bir zəfər idi!” – VİDEO+FOTO

2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq […]

Belçika mətbuatı Azərbaycan mədəniyyətindən yazdı — FOTOLAR

Belçikanın məşhur “Het Belang Van Limburg”, “DE STANDAARD” qəzetləri bu yaxınlarda Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Ham şəhərində baş tutan Novruz tədbiri və Azərbaycan mədəniyyəti haqqında yazıb. Bu barədə diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk məlumat verib. Qəzet cəmiyyətin sədri Ayhan Dəmirçinin hər il Novruz bayramında fərqli mədəniyyətlərin insanlarının bir […]

“Sputnik Azərbaycan” jurnalist “ovu”na çıxıb – Agentliyin “erməni fitnəsi”ni pərdələmək CƏHDİ

Rusiyanın “Sputnik” Agentliyinin Bakı filialı olan “Sputnik Azərbaycan”la bağlı qalmaqal səngimək bilmir. İddialara görə, “Sputnik”in baş redaktoru, erməni Marqarita Simonyan Azərbaycanda jurnalisti “satın alınması” haqda təlimat verib. Bu səbəbdən ki, Agentliyin bir aya yaxındır boş qalan şef-redaktor postuna namizəd tapmaq müşkülə çevrilib. Və M.Simonyandan “Sputnik Azərbaycan”ın rəhbəri Əziz Əliyevə “Yüksək […]

ADAU-da Aprel döyüşləri “Azərbaycan Hərbi məktəbinin şanlı salnaməsidir” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində 1-ci kurs tələbələri arasında Milli Ordumuzun göstərdiyi qəhrəmanlığının növbəti ildönümü ərəfəsində tələbə gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədi ilə inşa-yazı müsabiqəsi keçirilib. Müsabiqə başlamazdan əvvəl ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov iştirakçı tələbələrlə görüşüb. Rektor çıxışında bildirib ki, 2016-cı il aprelin birindən ikisinə  keçən gecə […]

Şəhid hərbçilərimizlə bağlı layihəyə yekun vuruldu

Azərbaycan Respublikasının Gənclər Fondunun 11-ci qrant müsabiqəsi çərçivəsində “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi“Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin cəmiyyətimizə tanıdılması” adlı layihə həyata keçirilib. Layihə çərçivəsində ilkin olaraq cəbhə bölgəsində Ağdam, Bərdə və Tərtər rayonlarında gənclərlə görüşlər keçirilib. Lent.az-ın məlumatına görə, növbəti iki görüş isə Bakı […]

Erməni terrorçularının əsir götürülməsinin görüntüləri yayıldı — VİDEO

Sosial şəbəkələrdə erməni hərbçilərin əsir götürülməsinin görüntüləri yayılıb.   Turkustan.info xəbər verir ki, görüntülər 1991-ci ildə qeydə alınıb.  Kadrlarda “qara polkovnik” kimi tanınan əfsanəvi komandir Fətulla Hüseynov da var. O, erməni terrorçularını törətdikləri cinayətlərə görə sorğulayır.  Yayılan videoda Azərbaycan hərbçilərinin erməniləri əsir götürməsi və danışıqları əks olunub. Videoda maraqlı məqamlardan biri […]

Elçin Rüstəmli “Türküstan”da redaktor oldu

Tanınmış jurnalist, siyasi şərhçi Elçin Rüstəmli bundan sonra fəaliyyətini “Türküstan” qəzetində və Turkustan.info saytında redaktor olaraq davam etdirəcək. Bu haqda sözügedən media orqanlarının baş redaktoru Aqil Camal bildirib: “Yeni dönəmdə “Türküstan”ın qəzet və xəbər portalı olaraq fəaliyyətini genişləndirmək niyyətindəyik. Qəzetimiz rəngli, 2500 tiraj olmaqla səhifə sayı 16-dan 24-ə artmaqla nəşrinə […]

Yeni güzəştli mənzillər gəlir

Sözügedən 12 binanın tikintisi üçün investisiya qoyuluşunun ümumi həcminin 40 milyon manata yaxın təşkil edəcəyi nəzərdə tutulur Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi dövlət-özəl tərəfdaşlığı layihələrini davam etdirir. Turkustan.info MİDA-nın rəsmi saytına istinadən xəbər verir ki, dövlət tərəfindən maliyyələşmənin minimuma endirilməsi və özəl tikinti-investisiya şirkətlərinin əməkdaşlığa cəlb edilməsi məqsədilə keçirilmiş investisiya müsabiqəsi […]

Bu şəxslərin banklara olan 1 000 manata qədər borcu bağışlanacaq – QƏRAR

“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib. İclasda yekdilliklə Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin bir nəfər ailə üzvünün banklara 360 gündən artıq gecikməsi olan 1 000 manata kreditlərinin (faiz borcu daxil olmaqla) bankların öz vəsaitləri hesabına ödənilməsi barədə qərar qəbul edilib. Bundan başqa, banklara […]

Ramal qızların çılpaq videosunu çəkən qardaşı və Mələkxanım haqda: “İNDİ NAMUS…”

“Mənim üçün çox əziz, dəyərli Azərbaycan xalqı. Məni sevən, həm də sevməyən və bəlkə də qəzəbli olan hər kəsə dərin hörmət və sevgi ilə yazıram bu düşüncələrimi. Hər kəsin lənətlədiyi, lakin hər kəs tərəfindən də dayanmadan, bəh-bəhlə paylaşılan bu videonu reytinq və izləyici toplamaq naminə guya qınamaq üçün tirajlayan “insanlar” […]

25 yaşlı gənci tikə-tikə doğradılar, meyitini üç rayonda basdırdılar – Azərbaycanda DƏHŞƏTLİ OLAY

Azərbaycanda 25 yaşlı oğlan öldürülüb, meyit hissələrə bölünərək üç rayonda basdırılıb. Qətl hadisəsi Masallı rayonunda baş verib. Məlumata görə, 2018-ci ilin dekabr ayında Cəlilabad rayonu, Göytəpə şəhərində R.Kazımovun yaşadığı mənzildən televizor və oyun aparatı oğurlanıb. Hadisəni törətmiş Teymur Məmmədov və Cəlilabad sakini, əvvəllər məhkum olunmuş Əli Ələkbərli tutulub, onun həmyerlisi […]

Rejissor Rövşən Almuradlı dayanacaqda qəflətən dünyasını dəyişib

ONA-nın yerli bürosunun məlumatına görə, bu gün səhər saatlarında şəhərin Sahil küçəsində dayanacaqda avtobus gözləyən şəhər sakini Rövşən Almuradlının qəflətən vəziyyəti pisləşib. Əraziyə dərhal təcili tibbi yardım çağırılıb. Həmin şəxs xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Mərhumun ölüm səbəbi bilinmir. Onun meyiti müayinə üçün aidiyyatı üzrə təhvil verilib. 1954-cü il təvəllüdlü […]

Alıcılara yeni kassa çekləri veriləcək

Azərbaycanda tətbiqinə başlanılacaq yeni nəsil kassa aparatları hesabına kassa əməliyyatları haqqında məlumatların Vergilər Nazirliyinin informasiya bazasına operativ ötürülməsi bir sıra yeniliklərə yol açacaq.  Bununla bağlı Vergilər Nazirliyi məlumat yayıb. Bu yeniliklərə kassa əməliyyatlarının uçotunun düzgün aparılması, bununla bağlı məlumatların asan əldə olunmasına və bu sahədə nəzarətin təkmilləşdirilməsi, məlumatların Vergilər Nazirliyinin informasiya bazasında avtomatlaşdırılmış […]

VAZGENƏ MƏKTUB

Vazgen, sənə salam düşmədiyi üçün, birbaşa mətləbə keçirəm. Yəqin ki, atan Coanşirin (Cavanşir) bizim evin barısını çəkdiyini xatırlayırsan. Atan səni tula kimi yanına salıb bizə gətirmişdi. Söhbət 70-ci illərin ortalarından gedir. İndi atan ölüb – qalıb bilmirəm, onsuz da sizin ölünüzə də, dirinizə də lənət düşür. Sənin 7-8 yaşın olardı. […]

Videodakı çılpaq qızlardan biri açıqlama yaydı: “Mənim haqqımda artıq yazanları…”

Qalmaqallı video ilə gündəmə gələn 3 çılpaq xanımdan biri açıqlama yayıb. Turkustan.info  “Yeni Sabah”-a istinadən xəbər verir ki, o sosial şəbəkə hesabında atdığı addımdan peşman olduğunu qeyd edib: “Artıq suallar verməyin, videodakı mənəm. Bizi tutmayıblar. Özümüz Cahiddən şikayətçi olmuşuq. Videonun silinməsi barəsində polisə müraciət etmişik. Sağ olsunlar, köməklik göstərdilər. Video […]

Aprel döyüşlərinin ildönümü ilə əlaqədar – Bəyanat

Xarici İşlər Nazirliyi Azərbaycanın Kəlbəcər rayonunun işğalı və 2016-cı ilin aprel döyüşlərinin ildönümü ilə əlaqədar bəyanat yayıb. Turkustan.info bəyanatın mətnini təqdim edir: “1993-cü il aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin xaricində yerləşən Kəlbəcərin işğalı üçün hücum əməliyyatı əsasən Ermənistan ərazisindən həyata keçirilib […]

Gələn həftə kriminal dünyada yeni savaş elan olunacaq: Kürd Şakro, Lotu Quli və Taro: “Tacı” kim qazanacaq?

Nüfuzlu “qanuni oğru” “Taro” ləqəbli Tariel Onianı gələn həftə azadlığa çıxacaq.  Turkustan.info Rusiya mətbuatına istinadən bildirir ki, onun cəzası azaldılıb.  Taro azadlığa çıxdıqdan sonra “1 nömrəli qanuni oğru” statusu uğrunda yarış başlayacaq. Hazırda bu yerə həbsdə olan “Kürd Şakro” kimi tanınan Zaxari Kalaşov, xaricdə yaşayan “Lotu Quli” ləqəbli Nadir Səlifov […]

Evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloqdan şok

Bəzi yaşayış obyektlərinin ətrafında əxlaqsızlıq təbliğ olunur və getdikcə adi hal alır. Turkustan.info bildirir ki. bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri, tanınmış politoloq Qabil Hüseynli deyib. O bildirib ki, cəmiyyəti bir neçə gündür narahat edən bəzi əxlaqsız videoların yayılması təsadüfü deyil: “Hər şey cəmiyyətin mövcud yaşam tərzinin bu və […]

Evini yandırıb, özünü asdı – Samuxda dəhşətli intihar

Samuxda yaşayış evində yanğın olub. Hadisə rayon mərkəzində qeydə alınıb. Yaşayış evində baş verən yanğını söndürmək üçün əraziyə iki yanğın söndürmə avtomobili cəlb olunub. Baxış zamanı evdən ev sahibi 1972-ci il təvəllüdlü Hüseynov Habil Maarif oğlunun boğazında kəndir olan yerə sərilmiş meyiti aşkarlanıb. Onun evi yandırıb sonra intihar etdiyi bildirilir.  […]

26 ildir ki, ən sevdiyimiz səmtə gedən yollar bağlı

Rəsmiyyə RZALI      …Və bu yolu açan tapılmır. İllərdir yol ağzında durub gözümüzlə yol ölçürük, heyif ki, o yolların yolçusu deyilik daha, bu yannan o yana keçə bilmirik. Yaman yerdə axşamlamışıq, yaman günün ömrü çox uzandı. Sənin sənliyini alıblar səndən Vətən, bizim də mənliyimizi. Dəli nar kollarına meşə elədik səni, […]

Cövdət Hacıyevin Floridada yaşayan canlı əsəri

Ömür-gün yoldaşını başının tacı hesab edən xalq artisti, milli rəqslərin ustası, baletmeyster və pedaqoq Əminə Dilbazini yəqin ki, yaxşı xatırlayırsız. Bakı Musiqi Akademiyasının rektoru olmuş, professor, əməkdar incəsənət xadimi, xalq artisti, bəstəkar Cövdət Hacıyevi də inanıram ki, unutmamısız.  Bu gün sizə bu iki görkəmli şəxsiyyətin sevimli qızı, artıq iyirmi doqquz […]

Bakıda Tatarıstanın Xalq şairinin kitabı nəşr olunub

Bakıda Tatarıstanın Xalq şairinin kitabı nəşr olunub Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) “Qardaş xalqlar ədəbiyyatı. Ustadlar” sil­siləsindən növbəti kitab gün üzü görüb. Bu, Tatarıstanın Xalq şairi, görkəmli ictimai və dövlət xadimi, Tatarıstan Dövlət Şurasının Komitə başqanı, Dövlət Mükafatı laureatı Razil Vəliyevin şeirlər kitabıdır. Bu barədə kitabın layihə rəhbəri və […]

Kəlbəcərin işğalından 26 il ötür

Bu gün Azərbaycanın Kəlbəcər rayonunun işğalı günüdür. Turkustan.info xəbər verir ki, bu rayonun işğalından 26 il ötür. 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri Kəlbəcəri işğal edib. 70 min nəfərdən çox əhalisi olan Kəlbəcərin işğalı nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 sakin öldürülüb, 321 nəfər əsir […]