C. İyl 19th, 2019

Gələn həftə kriminal dünyada yeni savaş elan olunacaq: Kürd Şakro, Lotu Quli və Taro: “Tacı” kim qazanacaq?

Nüfuzlu “qanuni oğru” “Taro” ləqəbli Tariel Onianı gələn həftə azadlığa çıxacaq. 

Turkustan.info Rusiya mətbuatına istinadən bildirir ki, onun cəzası azaldılıb. 

Taro azadlığa çıxdıqdan sonra “1 nömrəli qanuni oğru” statusu uğrunda yarış başlayacaq. Hazırda bu yerə həbsdə olan “Kürd Şakro” kimi tanınan Zaxari Kalaşov, xaricdə yaşayan “Lotu Quli” ləqəbli Nadir Səlifov iddialıdır. 

Taro insan oğurluğunda ittiham olunaraq 10 il həbs cəzası almışdı. Məhkəmə qərarına görə, Taro 11 iyun 2019-u ildə azadlığa çıxmalı idi. Ancaq “qanuni oğru”nun cəzası məhkəməyə müraciət nəticəsində 9 il 10 aya endirilib. Bu isə o deməkdir ki, Taro artıq 9 apreldə azadlıqda olacaq. 

Ancaq “qanuni oğru” azadlığa çıxdıqdan dərhal sonra onu ölkədən deportasiya gözləyir. Deportasiya olunacağı ölkə isə Gürcüstandır. Bu halda Taronun seçimi “özünü yaxşı apararaq” Türkiyəyə getmək şansı qazanmaq ola bilər. 

Ancaq heç kəs onun sakit oturacağını gözləmir. Artıq məlumdur ki, Taronun planlarına “kriminal general”ların böyük “sxodkası”nı keçirmək də daxildir. Bu, Kürd Şakronun 2015-ci ildə Ermənistanda keçirdiyi “sxodka”ya alternativ toplantı olacaq. Budəfəki toplantıda Taro kriminal dünyanın bir sıra problemlərinin həllinə hazırlaşır. 

Taronun azadlığa çıxması ən çox Kürd Şakro üçün təhlükə hesab olunur. Rövşən Lənkəranskinin qətlindən sonra Lotu Quli “1 nömrə” olmağa iddialı olsa da, hələlik bu yerdə Kürd Şakronun mövqləri daha möhkəm görünür. Buna baxmayaraq, Taro “taca” sahiblənmək üçün onların hər ikisinə “savaş” elan edə bilər.  /Cebhe.info/