Gün: Aprel 3, 2019

“Fəxr edirəm ki, mənim belə qardaşlarım var” – Mehriban Əliyeva

Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. Turkustan.info xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov tədbirdə çıxış edərək bildirib ki, üç […]

ABŞ bu halda Rusiyanı nüvə silahı ilə vuracaq? – ŞOK PLAN

Rusiyanın təcavüzü halında, NATO polyakları tək qoymayacaq, axı Polşa ittifaqın tamhüquqlu üzvüdür. Turkustan.info xarici mediaaya istinadən xəbər verir ki, bu haqda polşalı general Valdemar Skşipçak bildirib. Hərbçinin fikrincə, Qərbdə Moskva ilə hipotetik hərbi münaqişədə Polşaya əsas döyüş yeri kimi baxırlar və nüvə zərbəsi də daxil olmaqla, qələbə üçün bütün mümkün vasitələri […]

Ukrayna Rusiyaya bütün təyyarə reyslərini qadağan etdi – Müxalifət liderlərinə qarşı təhqiqat başladı

İki müxalifət fiqurunun Moskvaya səfərinin ardınca Ukrayna hökuməti Rusiyaya uçan bütün təyyarə reyslərini qadağan edib. Bu tədbirin təşəbbüsçüsü kimi çıxış edən daxili işlər naziri Arsen Avakov aprelin 3-də deyib ki, ötən ay prezidentliyə namizəd Yuriy Boyko və Həyat Naminə Müxalifət Platformasının rəsmi nümayəndəsi Viktor Medvedçuk Ukrayna qanunvericiliyindəki boşluqlardan istifadə edərək […]

Qarabağ münaqişəsi NATO üçün təhlükədir – Çavuşoğlu

Türkiyə XİN başçısı Dağlıq Qarabağ münaqişəsini NATO üçün təhlükə adlandırıb “Biz sülh və barışıq şəraitində yaşamırıq. Dörd tərəfimizdə müharibələr gedir və biz NATO-nun ən öndəki cəbhə xəttindəyik”. Turkustan.info Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NATO xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşündə çıxış edərkən deyib. […]

Ankarada da səslər təkrar sayılır: Nəticələr dəyişəcəkmi?

Türkiyədə keçirilmiş bələdiyyə seçkilərində səsvermə ilə bağlı edilmiş şikayətlə əlaqədar Ankara vilayətinin 11 rayonunda bülletenlər təkrar sayılacaq. Turkustan.info xəbər verir ki, səslərin təkrar sayılması ilə bağlı şikayət hakim Ədalət və İnkişaf Partiyası tərəfindən edilib. Qeyd edək ki, ilkin nəticələrə görə, səsvermədə Ədalət və İnkişaf Partiyasının namizədi Cümhuriyyət Xalq Partiyasının namizədindən təxminən […]

Təhsil müəssisələrindəki ixtisaslarla bağlı – SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 3-də ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında sərəncam imzalayıb. Turkustan.info xəbər verir ki, sərəncama əsasən, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi qaydası” yeni redaksiyada təsdiq edilib. […]

Aprel şəhidinin anası: “Masallının icra başçısı oğlumun ildönümündə Damlaya konsert verdirdi”

Masallı rayonunda yaşayan şəhid anası fəryad edir. AFN-in məlumatına görə, unikal.org-a müraciət edən aprel döyüşlərində şəhid olan Nurlan Əsgərlinin anası Ziba Əsgərova bildirir ki, Masallı rayon İcra Hakmiyyəti oğlunun ildönümündə müğənni Damlanın konsertini təşkil edib. Bundan başqa rayon rəhbərliyi oğlumun yas məclisinə gələnlərə qadağa qoydu: “Masallı rayonu Kalinovka kəndində yaşayırıq. […]

Hakimiyyətdən Milli Şura və Müsavatın mitinqinə cavab: QƏRAR

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq və Müsavat partiyasının üzvlərinin yürüş üçün müraciətinə cavab verib.  Turkustan.info bildirir ki, bu barədə BŞİH-dən verilən açıqlamada bildirilib.  BŞİH-dən qeyd edilib ki, Milli Şuranın aprelin 6-sı, saat 15:00-dan saat 17:00-dək İdman Sağlamlıq Kompleksinin stadionunda mitinq keçirməsinə razılıq verilməyib. Qeyd edək ki, Müsavat Partiyasının üzvləri də aprelin […]

“Banklar haqqında” qanun necə dəyişəcək? – Ekspert şərhi

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi “Banklar haqqında” qanuna dəyişikliyi nəzərdə tutan layihəni artıq plenar iclasa tövsiyə edib. Dəyişiklik qəbul edilsə, Maliyyə Bazarlarına Nəzarət Palatası bankların göstərdikləri xidmətlərin qiymətinə müdaxilə etmək hüququ qazanacaq. “Türküstan”.info xəbər verir ki, bu barədə iqtisadçı ekspert Samir Əliyev bildirib. Ekspert qeyd edib ki, […]

Prezident təqaüdü alan yaradıcı şəxslərin siyahısı niyə sirr saxlanılır? – Nazirlikdən AÇIQLAMA

Azərbaycanda yarıdıcı təşkilatların xeyli üzvü Prezident təqaqüdü alır. Onların arasında yaşlı nəsildən olanlar da var, gənclər də. Amma nə sirdirsə, Prezident təqaüdü alan yazıçı, şair, rəssam və bəstəkarların siyahısı açıqlanmır. Son illər mətbuat belə bir siyahı dərc edə bilməyib. “Prezident təqaüdü alacaq üzvlərin siyahısını Mədəniyyət Nazirliyinə yaradıcı ittifaqlar təqdim edir”. […]

Milli Məclisdə qapalı iclas – Yüksək vəzifəli şəxslər də iştirak edir

Milli Məclisdə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun iclası keçirilir. İclasda Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında daimi nümayəndəsi, Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri […]

Rövşən Almuradlı: “Faciə odur ki, ölümdən başqa heç bir çıxış yolu yoxdur”

Türküstan.info aprelin 2-də dünyasını dəyişən mərhum rejisor Rövşən Almuradlının mətbuata son müsahibələrindən birini oxuculara təqdim edir: – Eşitdik ki, beş illikfasilədən sonra Sumqayıt Dövlət Dram Teatrında tamaşa hazırlayırsız.  – Yaradıcı insan üçün fasilə olmur. Bu beş ili mən də bekar qalmamışam. Hazırlıqlar görmüşəm, nəsə etmək istəyində olmuşam. O ki, qaldı […]

“Mən, müharibə olacağını deməyə məcburam” – Mnatsakanyan

“Bu məsələnin həlli gec və ya tez baş verəcək hərbi əməliyyatlardan keçir”.  Turkustan.info erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın işğal altında olan Qarabağda qanunsuz formalaşdırdığı hərbi birləşmənin sabiq komandiri Levon Mnatsakanyan deyib.  Onun sözlərinə görə, vəziyyətin kənardan baxarkən sakit olduğunu demək olar, lakin Azərbaycanın davamlı olaraq silah aldığı […]

Moskvanın Qarabağ fəallığı: Lavrov imkan vermir ki…

“Vyana görüşündən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinə zəng edərək Qarabağ danışıqlarının təfərrüatı barədə onu məlumatlandırması İrəvanın Moskvanın iradəsindən kənar addım atmadığını göstərir” . Turkustan.info Cebhe.info-ya istinadən xəbər verir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, bundan sonra Kreml konfliktin həllində aktivləşəcək: […]

İranın kartof – soğan qadağası sabahdan qüvvəyə minir: Bakı bazarlarını nə gözləyir?

Soğanla bağlı ajiotaj yaşadığımız bir məqamda, qonşu İran sabahdan kartof-soğan ixracına qadağa qoydu. Sabahdan bu qadağa qüvvəyə minir. Azərbaycan İrandan soğan idxal etmədiyinə görə, bu qərar daha çox kartofun qiymətinə təsir edə bilər. Bəs görəsən kartofun qiymətində artım olacaqmı? Kənd təsərrüfatı eksperti Nicat Nəsirli də “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, […]

Moskvada Azərbaycan ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib – FOTOLAR

“Dünya Azərbaycanlıları İttifaqının” və “Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun” Prezidenti Fizuli Məmmədovun təşəbbüsü ilə Moskvada Azərbaycan ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib. “Dünya Azərbaycanlıları İttifaqının”dan daxil olan xəbərə görə, tədbiri “DAİ”-nın vitse-prezident Ceyhun Əliyev açıb. “DAİ” və “DAMF” təşkilatların fəaliyyəti haqqında məlumat verib, dünya Azərbaycan diasporlarının bir təşkilat altında birləştirmə istəyini bildirib. […]

Bankda krediti olan “Diqlas sahibkarları” barədə qərar

“Diqlas” ticarət mərkəzində baş vermiş yanğın əlaqədar zərərçəkmiş sahibkarların banklardakı kreditləri ilə bağlı Azərbaycan Banklar Assosiasiyasında iclas keçirilib. Turkustan.info xəbər verir ki, iclasda kreditlərin restrukturizasiya olunması, hesablanmış cərimələrin (peniyaların) silinməsi, faizlərinin aşağı salınması, eləcə də onlara, müraciətləri əsasında, qaydalar çərçivəsində yeni kreditlərin verilməsi qərara alınıb. Artıq qərarın icrasına da başlanılıb […]

Kələmin qiyməti kəllə-çarxa qalxdı – SƏBƏBLƏRİ rəsmilər izah edir

Əhalinin tələbatının yüksək olduğu soğanın ardınca kələmin də qiymətində bahalaşma müşahidə edilir. Hazırda müxtəlif satış məntəqələrində kələmin 1 kiloqramının qiyməti 1 manat 50 qəpik – 2 manat arasına dəyişir. Soğan isə ötən həftəyə nisbətdə 1 manat 50 qəpikdən 1 manatadək ucuzlaşıb. Turkustan.info bildirir ki, Kənd Təsrrüfatı Nazirliyi (KTN) yanında Aqrar […]

İsveçdə yaşayan soydaşımızın davamlı uğuru- yeni yüksək təyinatla nəticələndi

İsveç Krallığında yaşayan Azərbaycan diasporunun tanınmış təmsilçisi və lobbiçisi, Stokholm bələdiyyəsinin dövlət qulluqçusu Leyla Kiani 5 müsahibədən, imtahanlardan, psixoloji və İQ testlərindən uğurla keçərək Stokholm şəhəri Östermalm, Norrmalm və Kunqsholm birləşmiş bələdiyyəsinin sosial şöbəsində şöbə rəisi vəzifəsinə təyin olunub. Bu barədə Turkustan.info-ya diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk məlumat verib. […]

“İnsanın Başlanğıc Nöqtəsi” fərdi layihəsinin icrası başa çatıb

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə XI qrant müsabiqəsinin qalibi Nuray Kərimovanın “İnsanın Başlanğıc Nöqtəsi” fərdi layihəsinin icrası başa çatıb. “İnsanın Başlanğıc Nöqtəsi” layihəsinin əsas məqsədi rəssamlıqla məşğul olan, bu sənəti dərindən öyrənmək istəyən yaradıcı gənclərə rəssamlığın ən vacib forması olan insan formasını lap başlanğıcından sonuna kimi yəni, sıfırdan öyrətməkdir. […]

Asılmış meyitləri tapılan ana və qızının kimliyi məlum oldu – Bakıda DƏHŞƏT

Bakıda dəhşətli hadisə baş verib. Turkustan.info xəbər verir ki, Yeni Suraxanı qəsəbəsində kirayə yaşayan Qasımova Aidə Ələkbər qızının və onun qızı Qasımova Fatimə Daşqın qızının mənzildə asılmış vəziyyətdə meyiti tapılıb. Sabirabad rayonunun sakini olan ana və qızının bir neçə ay əvvəl Bakıya köçdüyü bildirilir. A.Qasımova bir müddət əvvəl həyat yoldaşından boşanıbmış. […]

Bakıda saç boyasından içki hazırlanırmış? – FOTO

Paytaxtda saxta məhsulların hazırlanması ilə məşğul olan sexlər aşkar edilib. Bu barədə Vergilər Nazirliyi məlumat yayıb. Belə ki, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən “Mini market”də və Gəncə prospektində yerləşən “Şərab evi mağazası”ndan külli miqdarda qanunsuz istehsal edilmiş və saxta aksiz markaları ilə markalanmış alkoqollu içkilər aşkar edilib. Müəyyən […]

“Lotu Quli”nin adamı cəzalandırıldı – VİDEO

Moskvanın Zamoskboretsk rayon məhkəməsi 2 milyon rublu mənimsədiyinə görə saxlanılan “Afo” ləqəbli azərbaycanlı “vor zakon” Fuad Rzayev barəsində hökm oxuyub. Bu barədə “Moskva” agentliyinə Rzayevin vəkili Müslim Camalutdinov məlumat verib. Onun sözlərinə görə, F. Rzayev haqqındakı ittihamları qəbul edib və o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, […]

Qaz və işıq limitinə yenidən baxılır? – Tarif Şurasından AÇIQLAMA

Son zamanlar ölkədə aparılan islahatlar fonunda elektrik enerjisi və təbii qaza tətbiq edilən limitin götürülməsi, eləcə də qiymətin ucuzlaşması ilə bağlı müzakirələr gedir.  Məsələ artıq deputatlar səviyyəsində qaldırılıb. Ekspertlərin də fikrincə, əhalinin sosial vəziyyəti nəzərə alınaraq elektrik enerjisi və qaza tətbiq edilən limitin götürülməsi məsələsinə baxıla bilər.  Maraqlıdır, limitin ləğvi məsələsi Tarif Şurasında […]

Kişi özünü ailəsinin gözü önündə yandırdı – Sumqayıtda dəhşət

Sumqayıt sakini ailə üzvlərinin gözü qarşısında özünü yandırıb. Bu barədə şəhər polis idarəsindən məlumat verilib. Aprelin 2-də, gecə saatlarında 58 yaşlı Dadaşov Kamil İmaməddin oğlu yaşadığı evdə üzərinə benzin tökərək, özünü oda verib. Bu zaman K.Dadaşovun yaxınları evdə olub. Onlar qorxulu mənzərəni görən kimi dərhal müdaxilə edərək, alovu söndürüblər. Zərərçəkən […]

BAKIDA TÜKÜRPƏDİCİ OLAY: Ana və qızının asılmış meyitləri tapıldı – DƏHŞƏTLİ TƏFƏRRÜAT

Azərbaycanda tükürpədici hadisə baş verib.  Turkustan.info-nun BakuPost-a istinadən əldə etdiyi məlumata görə, Bakının Yeni Suraxanı qəsəbəsində ana və qızının yaşadıqları evdə meyitləri tapılıb.  Məlumata görə, 24 yaşlı Fatimə və anası Aidə 6 ay əvvəl Sabirabad rayonundan Bakıya köçüblər. Onlar Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, döngə 5-də kirayə ev tutub […]

NATO bu ölkələri Rusiyadan qoruyacaq – AÇIQLAMA

NATO Ukrayna gəmilərinin Qara dənizdən təhlükəsiz keçidini təmin etmək məqsədilə tədbir görəcək.  Turkustan.info xəbər verir ki, NATO həmçinin Qara dəniz regionunda hava kəşfiyyatını gücəndirmək niyyətindədir.  Cebhe.info xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli məlumat verib. Onun sözlərinə görə, bu məsələ ABŞ-da bugünlərdə keçiriləcək iclasda müzakirəyə çıxarılacaq:  […]

Başı bəlalı meyxanaçı barədə qərar verildi – RƏSMİ

“Kazbek” meyxanasını oxuyan “Vüqar Səda”ya həbs cəzası verilib  “Kazbek” meyxanasını oxumaqla tanınan “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev inzibati qaydada cəzalandırılıb. Turkustan.info Report-a istinadən xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə ona 30 sutka inzibati həbs cəzası verilib. V.Abdullayev İnzibati Xətallar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, […]

Türkiyə NATO-dan çıxarıla bilər – Ağ Ev narazıdır

ABŞ Türkiyənin NATO üzvü qalması üçün Rusiyadan S-400 zenit-raket kompleksi almaqdan imtina etməli olduğunu bildirib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı nümayəndəsi Key Beyli Xatçinson açıqlama verib. Onun sözlərinə görə, Türkiyə S-400 raketlərinin alınması ilə bağlı müqaviləni ləğv etməlidir. Pentaqon S-400 raketlərinin alınması halında ABŞ-a məxsus […]

ADAU-nun üzümçü alimləri samuxlu sahibkarlara təlim keçib

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin Bağçılıq kafedrasının müdiri, dosent Hüseyn İdrisov, kafedranın dosentləri Məhsəti Ələkbərova və Sevil Abduləliyeva Samux rayonunun ərazisində üzümçülüklə məşgul olan kiçik fermer təsərrüfatının sahibləri ilə görüşüb, onları maraqlandıran bir sıra məsələlərə aydınlıq gətiriblər. Məhsəti Ələkbərova “Üzüm bitkisində əlverişsiz mühit şəraitinin təsirinin aradan qaldırılması yolları” mövzusunda, […]

Moskva bu respublikaya əlavə ordu yeritdi

İnquşetiyanın Maqasda təşkil edilən mitinqlərdə iştirak edən şəxslər 1 apreldən etibarən sorğuya çağırılıblar. Turkustan.info xəbər verir ki, bu məlumatı “Novaya qazeta” yayıb. Bu şəxslər yerli İstintaq Komitəsi yerinə Şimali Qafqaz Federal Dairəsinin Baş İstintaq İdarəsində dindiriliblər. Belə ki, şəxslərin hər biri hakimiyyət nümayəndələrinə qarşı güc tətbiqi maddəsiylə açılan cinayət işi […]

Müharibə “formulu”na Sərkisyan da dəstək verdi: “İsgəndər”lə…

Ermənistanın Respublikaçılar Partiyası Müdafiə naziri David Tonoyanın Azərbaycanın yeni ərazilərinin işğalıyla bağlı bəyanatını dəstəkləyib. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, jurnalistlərə açıqlamasında partiyanın sədr müavini Armen Aşotyan Azərbaycana müharibəyə başlamamasıyla bağlı mesaj göndərilməsi gərəkdiyini bildirib. “Düşməni yeni müharibəyə başlayacağı halda yeni itkilər verəcəyini başa salmaq lazımdır. “İsgəndər”lərin tətbiqi də burada istisna […]

Türkiyədə şok: CHP sayımı dayandırdı – Nə baş verir?

CHP AKP-nin etirazından sonra səslərin yenidən sayılması prosesini dayandırıb. Turkustan.info xəbər verir ki, CHP-nin təkrar iddiasından sonra yerli seçki qurumu səslərin yenidən sayılmasının dayandırılması barədə qərar qəbul edib. Qanuna görə, Ali Seçki Qurumunun səslərin yenidən sayılması barədə qərarı dayandırıla bilməz. Ona görə də bu qərardan sonra Ali Seçki Qurumu yerli vaxtla […]

Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları Misir Ərəb Respublikasında təşkil olunan beynəlxalq konfransda çıxış ediblər

Misir Ərəb Respublikasının Asvan şəhərində 23-24 mart 2019-cu il tarixdə Narratologiya (təhkiyə haqqında elm) Tədqiqatları üzrə Misir Cəmiyyəti “Süveyş kanalı” Universitetinin Filologiya fakültəsi və “Asvan” Universiteti Elmlər mərkəzi fakültəsinin  birlikdə təşkil etdikləri “Ərəb ədəbi mühitləri” adlı XI beynəlxalq konfrans keçirilib. Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov […]

“Mən səninləyəm, Ana Vətən” bədii-sənədli filmin təqdimi olub

Aprelin 2-də Nizami Kino Mərkəzində “Mən səninləyəm, Ana Vətən” bədii-sənədli filmin təqdimatı keçirilib. Mədəniyyət Nazirliyinin dəstəyi, Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə reallaşan tədbirdə iştirakçılar əvvəlcə mərkəzin foyesində Aprel şəhidlərinə həsr olunmuş stendə baxıblar. Təqdimat mərasimdə Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Filmin ideya […]

Tələbələrin nəzərinə: təqaüdlərinin verilməsi qaydası dəyişdi

Ali və orta ixtisas təhsili müəssisələrində, eləcə də, magistratura üzrə Azərbaycan Milli Elmlər Akademiyasında akademik məzuniyyət götürən doktorant və tələbələrə, peşə təhsili müəssisələrində tələbələrə akademik məzuniyyətdən qayıtdıqda sonra təqaüd verilməsi şərtləri dəyişib. Turkustan.info xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli […]

Texasın Cənubi Metodist Universitetinin azərbaycanlı professoru

ABŞ-da alimlik dərəcəsi almaq çox çətindir. Belə insanları elm fədailri də adlandırmaq olar, böyük zəhmət, gərgin elmi araşdırma nəticəsində bu dərəcəyə yüksələ bilirlər. Bu gün mən sizə onlardan biri- ABŞ-da fizika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alan, həmyerlimiz Dürdanə xanım Balakişiyevadan söhbət açmaq istəyirəm. Düz iyirmi ildir ki, Amerikada yaşayır… […]

Bacısının lüt görüntülərini görən qardaşdan dəhşətli əməl – TƏFƏRRÜAT

Məhkəmənin hökmü ilə Samir Bağırov 3 il azadlıqdan məhrum edilib Bakıda bacısını öldürməyə cəhddə günahlandırılan Gürcüstan vətəndaşı, 1995-ci il təvəllüdlü Samir Bağırovun (ad və soyadlar şərtidir – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Turkustan.info teleqraf.com-a istinadən xəbər verir ki, Samir Bağırov 26 iyul 2017-ci il tarixdə, saat 13 radələrində […]

Şura yeni brendi – SƏLİS-in ilk proqramı haqda məlumat verdi

Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarında Dövlət Dəstəyi Şurasının yeni brendi olan SƏLİS – Sürətli Əlaqələndirmə və Layihələrin İdaretmə Sisteminin cari ildə tətbiq edilən ilk proqramı, e-Növbədən istifadə qaydaları ilə bağlı məlumatlandırma sessiyası keçirilib. Turkustan.info xəbər verir ki, sessiyada proqramın strukturu, bölmələrə keçidlər, məlumatların daxil edilməsi, təsdiq olunması və Şuraya […]