Ç. İyl 17th, 2019

Bakıda restoranda atışma – Yaralılar var

Binəqədi rayonu Çeşməli restoranında yeyib-içən qohumlar arasında mübahisə düşüb, mübahisə güllələnmə ilə nəticələnib.  

Hadisə zamanı 2 nəfər xəsarət alıb. 37 yaşlı Elçin Nəbiyev əlinin deşilmiş kəsilmiş yarası diaqnozu ilə Klinik Tibbi Mərkəzə çatdırılıb, ikinci zərərçəkmiş 44 yaşlı Vəli Nəbiyev kəllə beyin travması alıb. O da KTM-ə yerləşdirilib.
Səhiyyə Nazirliyindən bildiriblər ki, yaralıların həyatı üçün təhlükə yoxdur.     (ONA)