C. İyl 19th, 2019

“Oğru dünyası”nda böyük çaxnaşma: “Lotu Quli”nin yanına getməyə kimsə ürək etmədi: KİMLƏR HANSI ÖLKƏDƏDİR?

Gözlənildiyi kimi, kriminal iyerarxiyaya mənsub şəxslərin sərt cəzalandırılmasına dair qanunun qəbulundan sonra “qanuni oğru”ar sürətlə Rusiyanı tərk edir.

Cebhe.info Rusiya mətbuatına istinadən bildirir ki, prezident Putin qanunu imzaladıqdan sonra gözlənlən baş verib.

Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, “oğru”lar əsasən Avropa ölkələrini, İtaliya və İspaniyanı seçmək istəsələr də, orada sakit yaşamayacaqlarını bilirlər. Çünki son zamanlar polis nəzarəti artıb.

Birləşmiş Ərəb Əmirliklərinə getmək isə heç də hər kəsin cibinə uyğun deyil. Məsələn, azərbaycanlı “qanuni oğru” “Lotu Quli” ləqəbli Nadir Səlifov İstanbulu tərk edərək bu ölkəyə gedib, ancaq onun maddi imkanları böyük olduğundan problem yaranmayıb. Buna görə də rusiyalı “oğru”lar başqa ölkələri seçməli olurlar.

Məsələn, “Piquç” ləqəbli Oleq Piroqov Türkiyəyə gedib. “Ramaz Kutaisski” kimi tanınan Ramaz Dzneladze də bu ölkədədir. Quram Çixladze, Georgi Kalaşyan İsrailə yollanıb. Ruslan Qeqeçkori Kiprə gedib və orada öz klanının sıralarına qoşulub. Bu klana o, Merab Mzarelua ilə birgə rəhbərlik edir.

Mafiyanın slavyan qolunun təmsilçiləri “Türik”, “Şişkan”, “Petrik”, “Aksen”, “Voskres” hələlik Moskvada qalmağa üstünlük verib. Onlar buranı özləri üçün daha təhlükəsiz hesab edirlər. Vaxtının böyük hissəsini İtaliyada keçirən Şişkan da ölkəni birfədəlik tərk etmək barədə hələlik düşünmür. Mişa Lujnetski İsveçrə – Rusiya arasında gedib-gəlir.