Bakıda yaşayış binasında yanğın başlayıb – TƏCİLİ (FOTOLAR)

Bakıda Ceyhun Hacıbəyli küçəsində (Hərbi Prokurorluğun yanı) yerləşən 9 mərtəbəli yaşayış binasında yanğın başlayıb.
Turkustan.info-nun hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğının binanın 2-ci mərtəbəsində elektrik şitindən başladığı güman edilir.

Hazırda yanğını söndürmək üçün yanğınsöndürmə briqadaları cəlb edilib.

Yuxarı mərtəbələrdə qalan sakinlər dəhlizdəki yanğın səbəbindən evlərini tərk edə bilmirlər.
Hadisə yerindən əlafə məlumat veriləcək.
Fotolar: Turkustan.info