Gün: Aprel 6, 2019

TAİB İstanbulda aktiv fəaliyyətə başladı

2012-ci ildə 16 şirkətin iştirakı ilə yaranan Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi (TAİB) altı ilə yaxın bir zaman içində təşkilat daxili bəzi dəyişikliklərin ardından 2018-ci ilin iyul ayinda yeni seçimə gedərək idarə heyəti üzvlərini və sədrini yenilədi. Bu ildən aktiv fəaliyyətə başlayan Birliyin sədri Türkiyənin İzmir şəhərində yerləşən ”Avrupa Kompozit” […]

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti ünvanı Ağdaş oldu

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti dayanacağı Ağdaş rayonu olub.      Respublikamızın 16 regional mədəniyyət idarəsini əhatə edən rayon və şəhərlərin iştirakı ilə  “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Ağdaş rayonunda Heydər Əliyev adına parkda baş tutub.   Festivalda Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri,  mədəniyyət işçiləri, eyni zamanda Ağdaş Rayon İcra başçısının birinci […]

Corciya səmasında yadplanetli gəmi göründü – VİDEO

3 aprel tarixində ABŞ-ın Corciya ştatının Tokkoa şəhərinin sakini maraqlı video çarx lentə ala bilib. Turkustan.info xəbər verir ki, adını gizli saxlayan kişi “GA17” şosse yolu ilə hərəkətdə olarkən, pəncərədən qeyri-adi fenomen görüb. O, səmada süzən uzun, böyük və tünd obyekt görüb. Sözügedən şəxs mobil telefonunu çıxararaq gördüklərini telefonun yaddaşına […]

“Azərbaycandan soğan və kartof çıxarmaq qadağandır”

Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilib.  Nazirlər Kabineti bildirir ki, bu barədə Baş nazir Novruz Məmmədov qərar imzalayıb. Qərarla 2019-ci il aprelin 30-dək ölkədən 1 kq […]

Gənclərin nəzərinə: “Odlar Yurdu” Gənclər İctimai Birliyi “KönüllüSƏN-3” layihəsinə start verir

“Odlar Yurdu” Gənclər İctimai Birliyi “KönüllüSƏN-3” layihəsinə start verir. Layihənin əsas məqsədi gənclərə könüllülük prinsiplərinin öyrədilməsi, gənclərin aktiv vətəndaşlığa təşviq edilməsi və onların gələcək karyeraları üçün ilk addımlarını atmaqlarına şərait yaratmaqdır. Layihə çərçivəsində gənclər peşəkar təlimçilər tərəfindən idarə olunan təlim və seminarlarda iştirak edəcəklər. Həmçinin, iştirak edən gənclər ilk fəaliyyətlərinə […]

“NATO-nu yox edəcəyik” – Avropadan inanılmaz bəyanat

Avropa Kommunistləri Şurası NATO-nun yaranmasının 70-ci ildönümü münasibəti ilə Nyu-Yorkda keçirilmmiş toplantı haqda bəyanat yayıb. Turkustan.info xəbər verir ki, bəyanatda NATO “imperialist ittifaq” adlandırılıb. Qeyd edilib ki, bəşəriyyət tezliklə bu dağıdıcı ittifaqdan xilas olmalıdır. Bəyanatda müttəfiqlər arasında silahlanma yarışı pislənilib və alyans “kommunizmə qarşı inqilab təşkilatı” adlandırılıb: “NATO 70 ildir […]

Mübariz Mənsimov daha 100 azərbaycanlı tələbəyə təqüad verəcək

Mübariz Mənsimovun sahibi olduğu “Palmali” Şirkətlər Qrupu Türkiyədə təhsil alan daha 100 azərbaycanlı tələbəyə təqaüd vermək qərarına gəlib. Bu barədə məlumat “Palmali” Şirkətlər Qrupu tərəfindən verilib. Məlumata görə, “Palmali”nin növbəti təqaüd proqramına cəlb olunacaq tələbə seçimində yenə əsasən 3 kateqoriyaya aid tələbələrə üstünlük veriləcək: – Şəhid ailələri – Qazi ailələri […]

Qənirə Paşayeva İsraildə Qarabağ, Xocalı soyqırımı həqiqətlərindən danışıb

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva və Azərbaycanın bir qrup fəal qadınıi İsrailin Akko şəhərinin meri Şimon Lankri ilə görüşüb. Görüşdə Akko Azərbaycan evinin rəhbəri, Akko Azərbaycan dağ yəhudiləri icmasının rəhbəri Şirin Nexamiya Mixaeli və İsraildə Bakı Beynəlxalq multikulturalizm mərkəzinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Arye […]

Maşın şüşəsinə dövlət atributlarını vurmaq olarmı?

Dövlət atributunun hər hansı bir nəqliyyat vasitəsinin üzərinə yapışdırması və bu şəkildə istifadə olunması yolverilməzdir. Turkustan.info xəbər verir ki, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev deyib. O bildirib ki, dövlət atributlarına hörmətlə yanaşmaq hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur: “Dövlət atributlarından yalnız xüsusi […]

Bakıda şagirdin intiharı ilə bağlı cinayət işi başlandı

Bakıda özünü məktəbin üçüncü mərtəbəsindən atan şagirdin ölümünə görə cinayət işi başlanıb. Bu barədə Bakı Şəhər Prokurorluğu və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, aprelin 4-də Bakı şəhəri Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdi (müvafiq səbəblərə görə […]

Təbii yağı saxtasından necə ayıraq? – VACİB MƏLUMATLAR

Yediyimiz qidaların təbii olması sağlamlıq baxımından vacibdir. Lakin qidaların təbii olub-olmadığını anlamaq asan deyil. Turkustan.info Publika.az-a istinadən təbii kərə yağını müəyyən etməyin üsullarını təqdim edir: Son illər kərə yağı sağlam qidalanma ilə bağlı siyahıda ilk yerlərdən birini tutur. Lakin bunun üçün onun təbii olması mütləqdir. Otaq temperaturunda saxlanılanda çörəyin üzərinə asanlıqla […]

“Real”ın transfer SİYAHISI

Kriştiano Ronaldonun gedişindən sonra özünə gələ bilməyən “Real”ın yayda səs-küylü transferlər edəcəyi deyilir. Bəs “Kral Klubu” kimləri heyətinə qata bilər? “Real”ın maraq dairəsində olduğu deyilən futbolçuların siyahısı hazıralınıb. Həmin siyahını təqdim edirik. Neymar (PSJ) Kilian Mbappe (PSJ) Adrien Rabiot (PSJ) Eden Hazard (Çelsi) Mauro İkardi (İnter) Paul Poqba (Mançster Yunayted) […]

Paşinyanla Putinin telefon danışığı ilə bağlı qalmaqal

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı barədə rəsmi məlumatın ətrafında qalmaqal yaranıb. AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, baş nazirin aparatının yaydığı məlumatda onun martın 29-da Azərbaycan Prezidenti İlham Əliyevlə Vyanadakı görüşü barədə Rusiya Prezidentinə “məlumat verməsi” yazılıb. Sonradan isə bu mətn dəyişdirilib və […]

Uşaqlara bu adların qoyulması YASAQLANDI

“Son bir neçə ay ərzində yeni doğulan uşaqlara Arena, Jozef, Mənsə, Lavin, Dina, İmeda, Lekat, Mənasarə, Sürü, Casim, Romas, Miran, Adrenalin, Kumeyl kimi adların qoyulmasının qarşısı alınıb” Bu barədə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova məlumat verib. Onun sözlərinə görə, Lavin adı İsveç mənşəlidi, mənası “uçurum” […]

Deputat Asim Mollazadə: “Sovet məmur özbaşınalığı ənənələrinə son qoyulmalıdır” -MÜSAHİBƏ

Bu yaxınlarda ABŞ-da səfərdə olan Milli Məcisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə “AzPolitika.info” saytına maraqlı müsahibə verib. “Türkwstan.info” həmin müsahibəni oxuculara təqdim edir: – Asim bəy, Amerika səfəriniz hansı məqsədlə həyata keçirilirdi, bu, Milli Məclis xətti ilə olan səfər idi, yoxsa sırf tədbirə dəvət olunmuşdunuz? – Azərbaycan-Amerika Dostluq […]

Bulvarın yaranması ilə bağlı YENİ SƏNƏDLƏR tapıldı – FOTOLAR

Dənizkənarı Bulvar İdarəsinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində apardığı araşdırmalar nəticəsində Bulvarın yaranma tarixi ilə bağlı yeni sənədlər əldə edilib. Tarixi faktlar Bulvarın yaranma tarixinin aprelin 7-dən başladığını göstərir. Dənizkənarı Bulvar İdarəsindən  verilən məlumata görə, məhz 7 aprel 1909-cu ildə Bakı Şəhər İdarəsinin Tikinti şöbəsinin rəisi Məmməd Həsən Hacınski Şəhər Dumasının iclasında […]

Elmar Məmmədyarovdan daha bir erməni jurnalistə diplomatiya DƏRSİ

Aprelin 4-də Brüsseldən Moskvaya uçan təyyarədə ayaqüstü söhbət zamanı erməni jurnalistlərin suallarına tutarlı cavablar verən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun diplomatik davranışı xeyli müzakirələrə səbəb oldu. Elmar Məmmədyarov peşəkar diplomatlara xas cavabla erməni jurnalisti özündən çıxarır, daha sonra ona əsəbləşməməyi məsləhət görərək, emosionallığın jurnalist üçün çox pis hal olduğu söyləyir. […]

Azərbaycanın 10 milyonuncu adamının adı nə olacaq? – Atası DANIŞDI

“Hər şey qaydasındadır, ananın da, övladımızın da durumu yaxşıdır”.   Bu barədə Azərbaycanın 10 milyonuncu sakininin valideyni Rauf Həsənov danışıb. O qeyd edib ki, rəsmi qurumlar, nazirliklərin səlahiyyətliləri ailə ilə  yaxından maraqlanıblar:   “Övladımız Respublika Perinatal Mərkəzində dünyaya gəldi. Elə səhər saatlarından həkimlər də, xəstəxana işçiləri də həm anaya, həm […]

Deputat: “Torpaqlarımız və şərəfimiz uğrunda Böyük Vətən müharibəsinə başlamalıyıq”- MÜSAHİBƏ

“Qarabağ məsələsinin həlli ilə bağlı iki variant seçilməlidir”   Vyana görüşündən sonra Ermənistan rəhbərliyi yenidən danışıqların pozulmasına cəhdlər göstərməkdədir. Düzdür, xarici işlər nazirlərinin Rusiyada bir araya gəlməsi ilə bağlı anlaşma əldə olunub, amma rəsmi İrəvan paralel olaraq təxribatlarını davam etdirir. Qarabağ məsələsi ilə bağlı Ermənistanla yox, birbaşa Rusiya ilə danışıq […]

Orduya döyüş əməliyyatlarının başlamasına hazır olmaq əmr edildi

Aprelin 6-da Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Bununla bağlı Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub. Azərbaycan […]

Məhkəmə-hüquq islahatları haqda FƏRMAN nəyi dəyişəcək? – Hüquqşünasdan AÇIQLAMA

“Azərbaycan Prezidenti tərəfindən imzalanan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman ilk nöbədə ölkədə həyata keçirilən iqtisadi, sosial islahatların, köklü transformasiya proseslərinin daha uğurlu nəticələr verməsi üçün hüquqi təminat yaradılması və ölkənin hüquq, ədalət mühakiməsi sistemininin meydana çıxa biləcək çağırışlara adekvat olması baxımından mühüm əhəmiyyətə malikdir”.  Bunu “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri […]

Allahşükür Paşazadənin iranlı ayətullahla SSRİ-də keçirdiyi konfrans – Ərdəbili Bakıya niyə gəlmişdi? – FOTOLAR

İnternetdə İranın məşhur siyasi və din xadimi olmuş, ayətullah Əbdülkərim Musəvi Ərdəbilinin 1991-ci ilin əvvəlində Azərbaycana səfəri və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə birgə keçirdiyi mətbuat konfransının videosu yayımlanıb. Maraqlı kadrların yer aldığı bu səfər  hələ SSRİ-nin mövcud olduğu zaman – 1991-ci ilin mart ayında baş […]

43 yaşlı baş redaktor: “Media işini heç bir məmur işinə dəyişmərəm” – MÜSAHİBƏ

Bu gün  “Türküstan” qəzetinin və turkustan.info saytının baş redaktoru Aqil Camalın doğum günüdür. Onun 43 yaşı tamam olur. Aqil Camal ad günündə Modern.az-ın suallarını cavablandırıb və təəssüratlarını bölüşüb. – Doğum gününüzü dostlarla qeyd edəcəksiniz, ya iş kollektivinizlə? – Doğmalarla tez-tez görüşmək imkanım çox azdır. Ona görə də bayram və ad günlərimizi […]

“İcra başçılarının əl-ayağı yığışdırılıb” – Aqil Abbas

“Bələdiyyələrə daha çox səlahiyyət verilsə, rayonlarda bir çox problem həllini tapar” Bəzi icra hakimiyyəti orqanları, onların başçıları ölkədə gedən islahatlar kursuna zidd fəaliyyəti ilə diqqət çəkirlər. Yerlərdə belə icra başçıları narazılıq yaratmaqla etirazları özlərinə yox, hökumətə qarşı yönəltmiş olurlar. Kimisi vətəndaşın torpağını satır, kimisi kortejlə gəzir, kimisi də 70 fəhlənin […]

Dünya BU GÜNÜ gözləyir – NADİR HADİSƏ 7 apreldə CANLI yayımlanacaq

Ərəb baharı”ndan sonra zəifləyən turizmini canlandırmağa çalışan Misir daha bir yeniliyə imza atacaq. Ölkənin ilk fironlarından birinə aid olduğu ehtimal edilən antik qəbir canlı yayımda açılacaq. 4 min il yaşı olan qəbirin açılışını bütün dünyada televiziyalar vasitəsilə 2 saat canlı izləmək mümkün olacaq.     Yayım ərzində qəbirin yerləşdiyi piramidanın […]

Kartofun 1 kiloqramına 1 dollar gömrük rüsumu tətbiq edildi – QƏRAR

Təzə və ya soyudulmuş kartofun Azərbaycana idxalına gömrük rüsumu tətbiq edilib. Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac  gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib. Qərara əsasən, hər il mart, aprel, may, sentyabr, oktyabr və noyabr ayları üzrə təzə və ya soyudulmuş […]

Qatar təcili yardım maşınını əzib keçdi: Ölənlər var

Polşanın Puşikovo şəhərində sürətlə hərəkət edən qatar dəmiryolu keçidində təcili tibbi yardım maşını ilə toqquşub. Turkustan.info yerli KİV-ə istinadən bildirir ki, hadisə nəticəsində iki tibbi işçisi – həkim və feldşer hadisə yerindəcə həlak olub, sürücü ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Toqquşmanın videogörüntüsü YouTube-da yayılıb. Təcili tibbi yardım maşını dəmiryolu keçidini […]

Gəncə-Moskva təyyarəsində BOMBA HƏYƏCANI – Sərnişin FİRUZ ABDULLAYEV SAXLANILDI

Gəncə-Moskva reysi ilə uçmalı olan təyyarənin sərnişinlərdən biri təyyarəyə bomba qoyması barədə bələdçiyə məlumat verib. Turkustan.info xəbər verir ki, təyyarəyə baxış keçirildikdən sonra məlumatın yalan olduğu üzə çıxıb. Məlumatı verən 48 yaşlı Firuz Abdullayev saxlanılıb. İçərisində 174 sərnişin olan Ural Hava Yollarına məxsus təyyarə isə təyinatı üzrə Moskvaya uçub. Qeyd […]

ADAU da professor Hacı Hacıyevin 100 illik yubileyi ilə əlaqədar elmi-nəzəri konfrans keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində təhsil müəssisəsinin  məzunu, baytarlıq elmləri doktoru, professor Hacı Hacıyevin 100 illik yubileyinə həsr olunan “Baytarlıq elminin inkişafında innovativ texnologiyaların tətbiqi və beynəlxalq əməkdaşlıq” mövzusunda elmi-nəzəri konfrans keçirilib. ADAU-nun mətbuat xidmətindən Turkustan.info-ya verilən xəbərə görə konfrans iştirakçıları əvvəlcə Baytarlıq təbabəti və zoomühəndislik fakültəsində alimin adına yaradılan xüsusi […]

Nazirlər Kabineti bəzi gömrük rusumlarını dəyişdi

Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə qərar imzalayıb. Məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 […]

“Ömrüm boyu ona həsrətlə baxmışam” – Musa Yaqubla MÜSAHİBƏ

Turkustan.info kulis.az-a istinadən Şərif Ağayarın Musa Yaqubla söhbətini təqdim edir.    – Musa müəllim, necəsiz, səhhətiniz necədir?   – Yaxşıyam. Böyrəyimdə daş vardı… Əlli ildi mənimlə idi. Dərmanla birtəhər yola verirdim. Amma bu dəfə keçmədi. Getdim Türkiyədə əməliyyat olundum. Oğlumla getdim. “Anadolu” klinikasına… Ağır əməliyyat oldu. 4 saat çəkdi. Həkim zarafatla dedi, […]

Sabaha qar, yağış, külək deyiblər… – HAVA PROQNOZU

Aprelin 7-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidreometerologiya Departamentindən Turkustan.info-ya verilən məlumata görə, gecə bəzi yerlərdə çiskinli olacaq, yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9° isti, […]

Yol polisindən sürücülərə CİDDİ XƏBƏRDARLIQ

“Son zamanlar avtomobillərin ban şüşələrinə dövlət gerbinin yapışdırılması halları tez-tez müşahidə olunur ki, bu da Azərbaycan Respublikasının Dövlət gerbi haqqında əsasnamə ilə ziddiyət təşkil edir”. Bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev bildirib.   Şöbə rəisi bildirib: “Bununla bağlı  Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin […]

Bakıda məktəbli qızın intiharının DƏHŞƏTLİ TƏFƏRRÜATI – Oğlanlar təpikləyib, müəllimlər gizlədib

Bakı şəhərinin 162 saylı məktəbində baş verən intihar hadisəsinin təfərrüatları məlum olub. Özünü məktəbin üçüncü mərtəbəsindən atan qızcığaz uşaqlara xas olmayan qəddarlığın qurbanı olub. O özünə qapılaraq, intihara əl atıb.  14 yaşlı Elina Hacıyevanın anası Sevil Hacıyeva  qızının intihara əl atmazdan əvvəl ətrafında cərəyan edən hadisələr barədə danışıb. Onun sözlərinə görə, məktəbli qızı aprelin dördü, […]

10 milyonuncu vətəndaşın anası müəllim, atası polisdir

Xəbər verdiyimiz kimi, aprelin 6-da saat 03:30-da Azərbaycanın 10 milyonuncu sakini doğulub.  Bakı şəhərində dünyaya gələn qız uşağının valideynləri keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı və Həsənov Rauf Yunis oğludur. Məlumata görə, ailə Bakının Sulutəpə qəsəbəsində yaşayır. 10 […]

Məşhur alimdən VACİB SÖZLƏR: “Əslində bütün xəstəliklər…”

Rusiyanın tanınmış professoru İvan Neumıvakin dəri xəstəliklərinin müalicəsində hidrogen peroksidin ciddi rolu olduğunu qeyd edib. İ.Neumıvakin dərmanlar və ağır xəstəliklər barədə bütün stereotipləri sındıraraq sağlam həyat tərzi haqqında öz üsullarını təklif edir. Bu da təəccüblü deyil, çünki istedadlı həkim, tibb elmləri doktoru, professor, 200-dən çox elmi məqalənin müəllifidir. Oxucuları mərhum […]

Məhkəmə Təranə Qumralla bağlı QƏRAR VERDİ: müğənni Nazənin…

Ali Məhkəmədə müğənni Nazənin Salayevanın həmkarı Təranə Qumralla bağlı verdiyi kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Turkustan.info “Report”a istinadən xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, N.Salayevanın kassasiya şikayəti təmin edilməyib. Qeyd edək ki, müğənni T.Qumralla həmkarı N.Salayeva arasında qalmaqal keçmiş ANS […]

Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

2019-cu il aprelin 6-da keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə Azərbaycan xalqını və uşağın valideyinlərini təbrik edirlər. […]

“Məhkəmə hakimiyyətinin itirilmiş nüfuzunu…” – Millət vəkili Çingiz Qənizadədən sensasion müsahibə – VİDEO

Millət vəkili Çingiz Qənizadə məhkəmə hakimiyyətinə dair prezident İlham Əliyevin verdiyi fərmanı şərh edib. Realtv-yə verdiyi müsahibədə o, məhkəmə hakimiyyətini və hakim korpusunu sərt tənqid edib. Millət vəkili deyib ki, məhkəmə hakimiyyətinə xalqın etimadı qalmayıb, hakim korpusu içərisində korrupsiya və rüşvətə qurşanma halları var. Bunu da bütün ölkə ictimaiyyəti bilir. […]

Real islahatlar üçün nələr edilməlidir? – Qubad Ibadoğlu yazır – TƏHLİL

Son dövrlər “islahatların dərinləşməsi və ya bütün sahələrdə dərin islahatlar aparılması” ifadələri siyasi gündəliyı zəbt etməkdədir. Bu məqsədlə dövlət başçısı çoxsaylı fərmanlar imzalayır, sərəncamlar verir. Odur ki, istərdim ki, onların islahat olmasını dəyərləndirmək üçün islahat sözünün termin kimi özündə ehtiva etdiyi məsələlərə diqqət çəkim. Öncə onu qeyd edim ki, islahat […]

Azərbaycanın qadın cüdoçusu beynəlxalq turnurdə medal qazandı

Türkiyənin Antalya şəhərində cüdo üzrə beynəlxalq “Qran-Pri” yarışına start verilib. Turnirin ilk günündə Azərbaycan millisi hesabına bir medal yazdırıb.   Qadınlar arasında 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Gültac Məmmədəliyeva yalnız bir görüşdə uduzaraq bürünc medal qazanıb. Azərbaycan cüdoçusu üçüncü yer uğrunda görüşdə olimpiya çempionu, braziliyalı Sara Menezeşi məğlub edib. […]

Yəhudilər nə üçün ağıllı və UZUNÖMÜRLÜ OLURLAR? – İNANMAYACAQSINIZ

Balıq yəhudi mətbəxi, dini və yəhudi fəlsəfəsinin rəmzlərindən biridir. O, Tövratda da səmavi bayram simvollarından biri sayılır. Balıq bürcü isə yəhudilərdə həmişə ən xeyirxah zodiak işarəsi kimi qəbul olunub. Bu, bəlkə də onunla bağlıdır ki, iudaizm dinində balığın pis gözlərdən qoruduğuna inanılır. Bundan başqa, yəhudilərin fikrincə, göz qapaqları olmayan balıq […]

Paşinyanın qarşısına hansı tələb qoyuldu? – Vyana görüşünün DETALLARI AÇILDI

Ermənistanda baş nazir Nikol Paşinyan Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlardan məğlub qayıtmaqda ittiham olunur. Ermənilər bildirirlər ki, Paşinyan görüşdən əvvəl cəsarətli danışırdısa, görüşdən sonra bu cəsarət yoxa çıxıb. Siyasi şərhçi, professor Fikrət Sadıqov da açıqlamasında bildirir ki, Paşinyana qarşı bu davranış olduqca yerində və haqlıdır. “Nikol Paşinyanın Vyanadan məğlub və […]

İslam İnqilabı Keşikçiləri Korpusuna TERROR DAMĞASI

ABŞ İranın İnqilab Keşikçiləri Korpusunu (Sepah) terrorçu qruplaşmaların siyahısına əlavə etməyə hazırlaşır. Bu haqda “Reuters” məlumatlı mənbələrə instinadən informasiya yayıb. Agentliyin məlumatına görə, dövlət departamenti artıq bazar ertəsi bununla bağlı bəyanatla çıxış edə bilər. Belə olarsa, bu, ABŞ tarixində bir ilk olacaq. Belə ki, buna qədər Birləşmiş Ştatlar hökuməti heç […]

Türkiyədə azərbaycanlı tələbə 5-ci mərtəbədən yıxıldı – VİDEO

Türkiyədə azərbaycanlı tələbə yataqxana binasından yıxılıb. Turkustan.info bildirir ki, bu haqda Modeern.az Türkiyə KİV-nə istinadən xəbər verir.  Məlumata görə, hadisə ötən gün axşam saatlarında Karaman şəhərinin Fenari məhəlləsində Molla Fenari prospektində qeydə alınıb.  Karamanoğlu Mehmetbey Universitetində tibb təhsili alan 20 yaşlı Həmdəmin Balakişiyev qaldığı tələbə yataqxanasının 5-ci mərtəbəsindəki mənzilin pəncərəsindən düşərək ağır xəsarət alıb. Qeyd […]

Kredit faizləri nə zaman və nə qədər azaldılacaq? – Ekspert

Bank faizlərinin azaldılması hazırda gündəmdə duran ən vacib məsələlərdən biridir. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasının kredit faizləri ilə bağlı təklifini dəyərləndirən iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, Azərbaycanda kommersiya banklarının kredit faizləri ilə depozit faizləri arasında kəskin fərq var: “Belə ki, kommersiya bankları […]

“Altes Plaza”da yanğın

Yasamal rayonunda İsmail bəy Qutqaşenlı küçəsində yerləşən “Altes Plaza”-nın 8-ci mərtəbəsində yanğın baş verib. Yanğın məişət tullantıları olan eyvanda başlayıb. FHN-nin yaxınlığda yerləşən 29№ yanğın mühafizə bölməsi hadisə yerinə 3 texnika və canlı qüvvəsini göndərib. Ümumi səylər nəticəsində yanğının qarşısı alınıb, alovun evin içərisinə keçməyə imkan verilməyib. “Altes Plaza” təhlükəsizlik […]

Prezidentin məhkəmə ishalatı: nələr dəyişəcək? – Şərh

Hüquq islahatlarının dərinləşdirilməsi ilə bağlı fərman günün tələbləri baxımından vacib, zəruri, mütərəqqi addımdır. Turkustan.info  xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərmanını şərh edən millət vəkili Tahir Mirkişili deyib. Deputat qeyd edib ki, fərman məhkəmə-hüquq sistemində ədalət mühakiməsinə verilən vacib töhfə olduğu kimi, sahibkarlıq […]

Fəttah Heydərov Aşıq Şəmşir muzeyini ziyarət edib – FOTOLAR

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov Aşıq Şəmşir muzeyini ziyarət edib. Turkustan.info xəbər verir ki, Fəttah Heydərov muzeydə Azərbaycan Aşıq sənəti və Dədə Şəmşir irsi haqqında toplanmış materiallarla yaxından tanış oldu və fikir və öz tövsiyələrini verib. “Aşıq Şəmşir Ocağı” İctimai Birliyinin sədr müavini Həbib Misirov Fəttah […]

Oruc olmaq Xərçəngi YOX EDİR – Alimlərdən İNANILMAZ YENİ ARAŞDIRMA

Yeni aparılan araşdırmalara görə, 8 saat yemək yeyib 16 saat ərzində ac qalmaq döş xərçənginin yaranmasının qarşısını alır. Turkustan.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə araşdırma Kaliforniya Universitetində tibb mütəxəssisi Manası Das tərəfindən aparılıb. Alimlər qadınların metabolik sağlamlığının döş xərçəngi riskinə necə təsir edəcəyi araşdırıb. Yemək yediyiniz saatların miqdarı […]

Atambayev peşiman oldu, sələfi onun həbsinə hazırlıq görür – Qırğızıstandan gərginlik

Qırğızıstanda keçmiş prezident Almazbek Atambayevin mühakimə edilməsinə çağırışlardan sonra qəbul edilmiş qanun layihəsi keçmiş prezidentlərə mühakimədən immunitet versə də, onların “keçmiş prezident” statusundan məhrum edilməsini mümkün edir. Aprelin 4-də parlamentdə 111 leyhinə, 3 əleyhinə nisbəti ilə qəbul edilmiş qanunvericilik aktında deyilir ki, Baş Prokurorluq tərəfindən “xüsusilə ciddi cinayətlərdə” ittiham olunduğu […]

“Aytmatov – imperiyanın son yazıçısı” kitabı Azərbaycan dilinə tərcümə edilib

Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə “Aytmatov – İmperiyanın son yazıçısı” kitabı Azərbaycan dilinə tərcümə edilmişdir. Əsərin müəllifi Osmonakun İbraimovdur. Osmonakun İbraimov 5 yanvar 1954 – cü ildə Oş vilayətinin Kara- Kulca rayonunun Alayku kəndində anadan olmuşdur. İxtisasca filoloqdur (rus dili və ədəbiyyatı), elmi maraqları çərçivəsində sovet dövrünün qırğız […]