Ça. İyl 23rd, 2019

Azərbaycanın qadın cüdoçusu beynəlxalq turnurdə medal qazandı

Türkiyənin Antalya şəhərində cüdo üzrə beynəlxalq “Qran-Pri” yarışına start verilib.

Turnirin ilk günündə Azərbaycan millisi hesabına bir medal yazdırıb.
 
Qadınlar arasında 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Gültac Məmmədəliyeva yalnız bir görüşdə uduzaraq bürünc medal qazanıb. Azərbaycan cüdoçusu üçüncü yer uğrunda görüşdə olimpiya çempionu, braziliyalı Sara Menezeşi məğlub edib.
 
Qeyd edək ki, Antalya “Qran-Prisi”ndə 75 ölkədən 485 (297 oğlan, 188 qız) cüdoçu mübarizə aparır. Beynəlxalq turnirə aprelin 7-də yekun vurulacaq.