Gün: Aprel 7, 2019

Bakıdakı böyrək alverçiləri ilə bağlı ŞOK FAKTLAR – 30 nəfərin böyrəyi…

Tez-tez Bakıya gələrək, buradakı müxtəlif klinikalarda müayinə və müalicələr aparmış iranlı həkim barəsində cinayət işi başlanıb. İran vətəndaşı olan cərrah-transpantoloq Tahiri Mahmudi Mohsen Mirzə Mohammadbager Azərbaycan Cinayət Məcəlləsinin 137 (insan orqanları və ya toxumalarının alqı-satqısı, onların transplantasiya məqsədilə götürülməsinə məcbur etmə), 144-1 (insan alveri) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) […]

Rüfət Axundov “Space”dəki söyüşlü mahnısı barədə danışdı – VİDEO

Xəbər verdiyimiz kimi, Milli Tеlеviziya və Radiо Şurası (MTRŞ) “Space” televiziyasını cərimələyib. Buna səbəb kimi əməkdar artist Rəşad İlyasov və müğənni Rüfət Axundovun “Hər səhər” proqramında mahnı oxuyarkən qeyri-etik ifadələr işlətməsi olub.  Bildirilir ki, Rüfət Axundov fonoqramla mahnı oxuyarkən səs rejissoru mikrofonları bağlamağı unudub. Həmin an Rəşad və Rüfət qeyri-etik […]

Trampın ucuz dollar savaşı: Qarşıdurma hara aparır?

ABŞ-da prezident administrasiyası ilə ölkənin Mərkəzi Bankı arasında dolların faiz dərəcəsinin artırılıb-artırılmaması məsələsi ətrafında mübarizə davam edir. ABŞ prezidenti Donald Tramp FED rəhbərini faiz artırdığına görə, tənqid edir.Bank rəhbərliyi isə buna məhəl qoyulmayacağını bəyan edir.Növbəti açıqlama isə ABŞ Mərkəzi Bankının (Fed) Minneapolis şöbəsinin sədri Neel Kashkaridən gəlib. O, Trampın danışa […]

Gözlənilməz cavab: AKP-nin tələbi rədd edildi

Ankara Seçki dairəsi paytaxtda bələdiyyə seçkilərində toplanan səslərin yenidən sayılması ilə bağlı AKP-nin tələbəni rədd edib. Turkustan.info xəbər verir ki, hakim partiyanın 12,180 seçki qutusunda yığılan bülletenlərin yenidən sayılması yönündə tələbi qəbul edilməyib. AKP-nin Ali Seçki Qurumuna (ASQ) müraciət edəcəyi gözlənilir. *** Ali Seçki Qurumu (ASQ) AKP-nin Ankaranın 25 ilçəsində […]

Bu ölkə qaranlığa qərq oldu

Sudanın bütün ərazisində elektrik enerjisi kəsilib. Turkustan.info-nun xarici mediaya istinadən məlumatına görə, bunu ölkənin Su Resursları, Meliorasiya və Elektrik Enerjisi Nazirliyi bildirib. Nazirlik bildirib ki, Rabak – Maskar – Sennar – Marancan – Alhasahisa elektrik xəttində baş verən qəza milli enerji sisteminin sıradan çıxmasına gətirib çıxarıb.   Nazirlik bəyanatında qəzanın […]

Ukraynada prezident seçkiləri – I turun yekun nəticəsi

Ukraynanın Mərkəzi Seçki Komissiyası rəsmi olaraq prezident seçkilərinin birinci turunun yekun nəticələrini açıqlayıb. Yenicag.az xəbər verir ki, MSK prezident seçkilərində səsvermənin nəticələri üzrə məntəqə seçki komissiyalarının protokollarının 100 fazini “emal edib”. Qeyd olunub ki, seçkilərdə səsvermə hüququ olan 30 milyon 470 min 302 nəfərin 18 milyon 893 min 864 nəfəri […]

Məktəbli qızın intihar hadisəsi böyüyür – Gizli qalan məqamlar

162 saylı məktəbin şagirdi Elina Hacıyevanın intiharı hadisəsi ətrafında müzakirələr səngimir. Turkustan.info xəbər verir ki, hüquqşünas Samirə Ağayeva mətbuatda və sosial şəbəkələrdə gedən məlumatlar əsasında bir neçə qeydlər aparıb. O bildirib ki, Elina xəstəxanaya çatdırılanda həkimlərin dediyinə görə, yalnız ayağın sınığı ilə çatdırılıb: “Sonuncu epikrizdə onun müxtəlif sınıqlar və beyin travmasından ölməsi qeyd […]

Paşinyandan Qarabağ açıqlaması: Sülhlə cavab verəcəyik

Qarabağ münaqişəsi ilə bağlı danışıqların prinsipləri bulanıq olmamalıdır. Turkustan.info xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan “Yerkrapa” Qarabağ müharibəsi könüllüləri ittifaqının qurultayında çıxışı zamanı deyib. “Madrid prinsiplərinin nə anlama gələ biləcəyini və hansı nəticələrə səbəb olacağını anlamaq vacibdir. Vyana görüşündə bu suala aydın cavab almadım. Yalnız bundan sonra […]

Ukrayna ikinci turda qərar verəcək: Qərb, yoxsa Rusiya…

Prezident seçkilərinin ikinci turu Ukraynanın hansı tərəfə – Avropaya, yoxsa Rusiyaya tərəf gedəcəyini göstərəcək. Turkustan.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Pyotr Poroşenko danışıb. “Ukraynaya zəif deyil, güclü prezident və ali baş komandan lazımdır. Biz çox sürətlə azad Avropaya tərəf gedə bilərik. Ancaq bundan daha sürətlə Rusiya tərəfə qayıda da […]

“Gəlsinlər idmanla məşğul olsunlar” – Mədət Quliyev çağırış etdi

Gəncləri siqaretdən, spirtli içkilərdən imtina etməyə çağırırıq. Turkustan.info Trend-ə istinadən bildirir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Mədət Quliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Veloparkda Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar “Az avtomobil, çox həyat” devizi altında keçirilən velosiped yürüşü zamanı deyib. M.Quliyev qeyd edib: “Biz bu addımımızla […]

Söyüşlü videoya görə “Space” səs rejissorunu işdən qovdu, amma…

Xəbər verdiyimiz kimi, “Space” telekanalı “Hər Səhər” verilişində müğənnilər Rüfət Axundov və Rəşad İlyasovun mahnını söyüşlə oxuması səbəbindən Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən cərimələnib. Turkustan.info bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, efir zamanı mikrofonları bağlamağı unudan səs rejissoru işdən qovulub. Minval.info xatırladır ki, həmin videoda qeyri-etik ifadələrdən […]

Hacı Nuran Azərbaycanın 10 milyonuncu sakini ilə şəkil çəkdirdi

Hacı Nuran Hüseynov dünyaya gələn Azərbaycanın 10 milyonuncu sakini ilə şəkil çəkdirib.  O bu şəkli “Facebook” səhifəsində paylaşıb.  Azərbaycanın əhalisinin sayı 10 milyon oldu. Artıq biz 10,000,000 olduq. Təbrik edirəm”, – deyə Hacı Nuran yazıb.  Qeyd edək ki, 2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub. […]

MTRŞ Space-in efirindəki ədəbsiz sözlərə görə məhkəməyə müraciət etdi – 8 minlik CƏRİMƏ

Space TV-nin “Hər səhər” verilişində efirə getmiş ədəbsiz söz və ifadələr Milli Teleradio və Radio Şurası (MTRŞ)  tərəfindən aparılan monitorinqlər zamanı aşkar edilib. Turkustan.info bildirir ki, bunu Modern.az-a MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib. T.Dadaşov qeyd edib ki, 5 aprel tarixində kanalın İnzibati Xətaar Məcəlləsinə uyğun […]

AD GÜNÜN MÜBARƏK, ŞƏHİDİM

Şəhid Etibar Əliyev adına 162 saylı orta məktəbdə şəhidin doğum gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin şagirdləri, valideyinlər, müəllimlər, şəhidin ailə üzvləri və KİV nümayəndələri iştirak edirdilər. Bu məktəbin müəllim və şagird kontingenti ənənəvi və hər bir təhsil ocağına nümunə olacaq bir şəkildə hərbi vətənpərvərlik ruhlu tədbirlərə imza atdığı […]

Azərbaycanda bu dövlət rüsumlarının məbləği dəyişdi – QÜVVƏYƏ MİNDİ – SİYAHI

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişiklikləri təsdiqləyib. Turkustan.info xəbər verir ki, qanunda aşağıdakı dəyişikliklər edilib: 1. 18.11-ci maddə aşağıdakı redaksiyada verilsin: “18.11. İxtiranın, faydalı modelin, sənaye nümunəsinin qeydiyyatı, patentin verilməsi və dərc olunması ilə bağlı: 18.11.1. ixtira üçün – 20 manat; 18.11.2. faydalı model üçün – […]

Bu dərmanların heç bir faydası yoxdur – SİYAHI

Tanınmış rusiyalı həkim və teleaparıcı, tibb elmləri doktoru Aleksandr Myasnikov öz yeni kitabında faydası olmayan dərmanların siyahısını təqdim edir. Alimin fikrinə görə, bu dərmnalar yalnız reklam hiyləsidir və onların qəbulu orqanizmə nəinki heç bir müalicəvi təsir etmir, əksinə bəzi hallarda çox ciddi ziyan vura bilər. Turkustan.info Myasnikovur “qara siyahısı”ı ilə sizi […]

Space tv-nin efirində rəzillik – VİDEO 18+

“Space” telekanalının “Hər Səhər” verilişində biabırçı hadisə yaşanıb.  Turkustan.İnfo xəbər verir ki, sosial şəbəkələrdə yayılan video böyük qalmaqal yaradıb. Belə ki  müğənni Rüfət Axundov fonoqram mahnı ifa edərkən səs rejissorunun mikrofonları bağlamaması biabırçı hadisənin yaşanmasına səbəb olub. Səslərinin efirə getmədiyini düşündükləri üçün qonaqlar Rüfət Axundov və Rəşad İlyasov mahnının sözlərini dəyişərək […]

Azərbaycanla qonşu ölkə elektromobil istehsal edəcək

Gürcüstanda elektrik enerjisi ilə çalışan avtomobillər istehsal olunacaq. Georgia Online xəbər verir ki, bunu Gürcüstan baş naziri Mamuka Baxtadze bəyan edib. O bildirib ki, elektromobillər Kutaisi şəhərində inşa olunacaq zavodda yığılacaq. Baş nazir qeyd edib ki, artıq gələn ildən elektromobillərin satışına başlanılacaq. Bildirilir ki, Kutaisidəki zavodu Çinin “Çanqan” şirkəti inşa edəcək. Zavodda istehsal olunacaq […]

Türkiyədə seçki: Səs sayı dəyişdi, nəticə dəyişmədi

Türkiyənin Bartin şəhərinin bələdiyyə seçkilərində səslər təkrar sayılmadan sonra dəyişsə də, qalib dəyişməyib. Turkustan.info xəbər verir ki, şübhəli görünən 5 sandığın təkrar sayımından sonra MHP ilə AKP namizədi arasında səs fərqi 147-yə düşüb. Belə ki, 3 saata yaxın davam edən təkrar sayımda MHP namizədi Camal Akın AKP namizədi Yusuf Ziya […]

ABŞ-da əzilən, suda batan maşınlar Bakıda necə satılır? – VİDEO

Amerika və ya Avropa ölkələrində qəzaya uğramış avtomobilləri ölkəmizə gətirib satışını həyata keçirirlər. Hazırda Bakıda bu işlə məşğul olan çoxlu sayda şirkət var. Belə avtomobillərin qiyməti nisbətən ucuz olduğundan onlara tələbat da böyükdür. Qəzaya uğramış və müxtəlif detalları əzilmiş bu avtomobillər Amerika və Cənubi Koreyadan ölkəmizə gətirilir. Son zamanlar Bakıda […]

Yeni sürücülük vəsiqələri nə vaxtdan veriləcək? – Hamı dəyişdirməyə məcburdurmu?

“Yaxın günlərdə yeni nümunəli sürücülük vəsiqəsi əldə etmək mümükn olacaq”.  Turkustan.info xəbər verir ki, bunu hüquqşünas Ərşad Hüseynov bildirib. Onun sözlərinə görə, “Yol hərəkəti haqqında” Qanunda bu il yanvarın 1-dən qüvvəyə minən dəyişikliklərə uyğun olaraq, sürücülük vəsiqəsinin yeni nümunəsi artıq təsdiq olundu: “Yəqin, yaxın günlərdə DYP bu vəsiqələri verməyə başlayacaq. […]

Ağdaban faciəsindən 27 il ötür

Ağdaban faciəsinin törədilməsindən 27 il ötür. Turkustan.info xəbər verir ki, Kəlbəcərin işğalından bir il öncə erməni silahlı birləşmələri tərəfindən törədilən Ağdaban faciəsi Ermənistanın Azərbaycana təcavüzünün ən qanlı səhifələrindən biridir. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri Dağlıq Qarabağdakı separatçı erməni quldur dəstələrinin köməyi ilə Ağdaban və Çayqovuşan […]

İntihar edən şagirdin rəfiqəsi: “Mən də özümü öldürəcəyəm, günahkar məktəbdir” – FOTO

Xəbər verdiyimiz kimi, 162 saylı orta məktəbin 3-cü mərtəbəsindən özünü atan rus bölməsinin 8-ci sinif şagirdi Elina Hacıyeva bu gün vəfat edib. Turkustan.info xəbər verir ki, Elinanın Züleyxa adlı rəfiqəsi “Facebook”da paylaşım edərək rəfiqəsinin ölümündə məktəbi günahlandırıb. “Bu gün mənim çox sevdiyim ən yaxın rəfiqəm dünyasını dəyişib. O, mənim üçün […]

Ceki Canla eyni gündə doğulan “Səmalar oğlu”

Azərbaycan dilində fikrlərini çətinliklə ifadə edir- ölkədə yeganə insandır ki, bunu ona heç kim irad tutmur… Ziyalıdır- gördüklərinə biganə qala bilməyənləri belə adlandırırlar… Cəsarətlidir- xalqın ağrı-acısını hayqırmağı bacarır… Həqiqətin məxsus olduğu dil yoxdur, hansı dildə desən də, həqiqət elə həqiqətdir… Avropa, Asiya və eləcə də Amerikada onu tanıyanlar az deyil- […]