Space tv-nin efirində rəzillik – VİDEO 18+

“Space” telekanalının “Hər Səhər” verilişində biabırçı hadisə yaşanıb. 

Turkustan.İnfo xəbər verir ki, sosial şəbəkələrdə yayılan video böyük qalmaqal yaradıb. Belə ki  müğənni Rüfət Axundov fonoqram mahnı ifa edərkən səs rejissorunun mikrofonları bağlamaması biabırçı hadisənin yaşanmasına səbəb olub.

Səslərinin efirə getmədiyini düşündükləri üçün qonaqlar Rüfət Axundov və Rəşad İlyasov mahnının sözlərini dəyişərək biabırçı ifadələr işlədiblər.

Hadisədən dərhal sonra görüntülər bir çox yerdən silinib. Hətta biabırçılığa görə “Space” telekanalında böyük problemlər yaşanıb.

Rüfət Axundov video ilə bağlı açıqlama verib. Müğənni bildirib ki, görüntülər montaj edilib. Efirdə elə bir hadisə baş verməyib.

Qeyd edək ki, videoda yaş məhdudiyyəti tələb edən sözlər var. Bu sözlər efirdə yayımlansa da, biz oxucularımıza bir daha xəbərdarlıq edirik.  /Minval.İnfo/

4. 074 Baxılıb