Gün: Aprel 8, 2019

Azərbaycan NATO üzv ölkələri üçün dəhlizi bağlayır – XİN aydınlıq gətirdi

Bu günlərdə bəzi kütləvi informasiya vasitələrində yayılan “Azərbaycan NATO üzv ölkələri üçün öz ərazisindən keçən dəhlizi bağlayır” ifadəsi həqiqətə uyğun deyil. Turkustan.info bildirir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən BakuPost.az-a verilən məlumata görə, Azərbaycan dəhliz mənasında heç kimə, o cümlədən NATO-ya hər hansı ərazisini vermir: “Burada söhbət NATO-nun […]

Bakıda Braziliya Ciu-Citsu üzrə beynəlxalq seminar təşkil olunub – Fotolar

Dünən “Zabit Samedov Fight Club”da Braziliya Ciu-Citsu üzrə beynəlxalq seminar təşkil olunub. Turkustan.info xəbər verir ki, Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin dəvəti və təşkilatçılığı, Avrasiya Kombat Ciu-Citsu Federasiyası və “Zabit Samedov Fight Club”un texniki dəstəyilə baş tutmuş seminarın aparıcısı, dünyanın tanınmış Braziliya Ciu-Citsu məktəblərindən sayılan “Ludus” məktəbinin təsisçisi və […]

Asəf Zeynallı niyə xristian qəbristanlığında dəfn olunub? ARAŞDIRMA (İlk dəfə)

Kəmalə Səlim Müslümqızı Araşdırmaçı publisist Hər zaman məni düşündürən bir suala cavab tapmaq istəyirəm. Biz nədən bu qədər biganəyik? Səməd Behrəngini dəfələrlə hədələyirlər, işdən çıxarırlar, maaşını kəsirlər, ucqar kəndə sürgün edirlər, nəhayət “Balaca qara balıq” yazılıb məşhur olan kimi çayda boğurlar, ölüm aktını dəyişdirirlər. Biz bunu hələ də ehtimal kimi […]

Ermənistanın yeni işğal iddiaları AŞPA-da ifşa edildi

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Rafael Hüseynovun qurumun yaz sessiyası ərəfəsində Nazirlər Komitəsinə göndərdiyi yazılı sual sessiyanın ilk iş günündə 14856 saylı ayrıca sənəd kimi ingilis və fransız dillərində nəşr edilərək parlamentarilərə paylanılıb. Turkustan.info xəbər verir ki, deputatın sualı Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini Assambleya üzvlərinə […]

Putinlə görüşdə ABŞ-a SƏRT MESAJ: Ərdoğan son nöqtəni qoydu

Heç kim “S-400” zenit-raket kompleksləri almaqdan imtina etməyi Türkiyədən tələb edə bilməz. Bu, ölkənin suveren hüququdur. Turkustan.info “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfəri zamanı həmkarı Vladimir Putinlə görüşdən sonra keçirilən mətbuat konfransımnda deyib. Ərdoğan vurğulayıb ki, Ankara başqa müstəqil ölkələr kimi, öz […]

Rusiya və Ermənistan İrana yardım etməyə başladı

Rusiya və Ermənistandan olan xilasedicilər təbii fəlakətdən ziyan çəkən İrana humanitar yardım göndərməyə başlayıb. Turkustan.info xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Rusiya və Ermənistan fövqəladə hallar nazirlikləri İran İslam Respublikasının xahişi ilə bu ölkənin təbii fəlakətdən ziyan çəkən əhalisinə humanitar yardım göndərməyə başlayıblar”, – […]

Soğan, kartof və kələmin qiyməti ilə bağlı məlumat yayıldı

Atılmış addım daxili bazarda qiymət sabitliyinin təmin olunmasına, ölkə əhalisinin bu məhsullara olan tələbatının daha dolğun ödənilməsinə xidmət edir.  Məlum olduğu kimi, son vaxtlarda daxili bazarda kartof, soğan və kələmin qiymətində ciddi artım baş verib.  Turkustan.info bildirir ki, İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bununla əlaqədar olaraq İqtisadiyyat Nazirliyi […]

İran səssiz qalmadı: ABŞ ordusu terrorçu təşkilatı elan edildi

ABŞ SEPAH-ı terrorçu təşkilat kimi tanıyıb. Turkustan.info xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib. “ABŞ Dövlət Departamentinin rəhbərliyi ilə atılan bu addımla nəinki İranın terrorizmin sponsoru olduğu, hətta SEPAH-ın terrorçuluq fəaliyyətlərində yaxından iştirak etdiyi, onu maliyyələşdirdiyi, dövlət səviyyəsində terrorçuluğu dəstəklədiyi təsbit olunur”, – Tramp vurğulayıb. *** […]

“Bacarıqlı gənclərin pedaqoji işə cəlb olunması sahəsində işlər görülür” – ADAU-nun rektoru

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Axar.az-a müsahibə verib. Turkustan.info həmin müsahibəni təqdim edir: – Gələn il ADAU-nun 100 yaşı tamam olacaq. Sizcə, 1 əsr yaşı olan bu universitetin Azərbaycan təhsilindəki rolu nədən ibarətdir? – Əvvəlcə onu deyim ki, 1920-ci il noyabrın 13-də Azərbaycan İnqilab […]

Şagirdin intihar etdiyi məktəbin direktoru işdən kənarlaşdırıldı

Səkkizinci sinif şagirdi Elina Hacıyevanın intiharı ilə gündəmə gələn Bakı şəhəri 162 nömrəli tam orta məktəbin direktoru Abbasova Sevinc Kamil qızı işdən kənarlaşdırılıb. Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.  Buna səbəb baş vermiş hadisə ilə bağlı açılmış cinayət işi üzrə istintaq və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan xidməti […]

Qənirə Paşayeva AŞPA komissarını ittiham etdi… Dilqəm və Şahbaza görə

Millət vəkili Q.Paşayeva AŞPA-da AŞ İnsan Haqları üzrə Komissarı qarşısında Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlı bağlı məsələni qaldırıb və Avropa təşkilatlarını laqeyidlikdə ittiham edib.  Bu gün AŞPA-da Avropa Şurası İnsan haqları üzrə Komissarı xanım Dunya Miyatoviç çıxış edib və millət vəkillərinin suallarını cavablandırıb. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, […]

Azay Quliyevdən milli maraqlarımızla bağlı mühüm xəbər

ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev tvitter hesabında Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq sənəd haqqında paylaşım edib: “Bu gün ATƏT PA-nın Bürosu illik sessiyada təsdiq olunmaq üçün Azərbaycanla bağlı detallarını hələ açıqlamaq istəmədiyim, lakin milli maraqlarımıza tam cavab verən, çox vacib və tarixi qətnamə layihəsi qəbul etdi. Büro […]

İstanbulda Aprel zəfərinin 3-cü ildönümü qeyd edildi -FOTOLAR

Bu gün İstanbulda Azərbaycanlı gənclərin təşkilatçılığı ilə Aprel qələbəsinin 3-cü ildönümü qeyd edildi və şəhidlər anıldı. “Azərbaycan ordusunun 2016 Aprel zəfərini qutlama, şəhidlərini anma və şeir proqramı” devizi ilə anım tədbiri keçirildi. Türk Ədəbiyyatı Vakfının, İrak Türkmən Kültür və Dayanışma dərnəyi və Azərbaycan Gənclərinin İstanbul Hərə katının təşkilati dəstəyi ilə […]

TürkPA-nın baş katibi Diasporla İş üzrə Dövlət Komitəsində olub

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Altınbek Mamayusupovun rəhbərlik etdiyi nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyevlə görüşüb. Qonaq Azərbaycanın diaspor siyasətinin uğurlu olduğunu qeyd edib və bildirib ki, bizim ortaq layihələr üzərində işləməyimiz daha yaxşı nəticələrə gətirib çıxara bilər. V. Hacıyev bütün dünyada […]

Prezidentin təltif etdiyi Bağırov kimdir?

Fövqəladə və səlahiyyətli səfir, Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi Elçin Bağırov dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib. Turkustan.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, Elçin Bağırov 8 aprel 1959-ci ildə Gəncə şəhərində anadan olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu […]

Azərbaycanlı deputat İran parlamentində od püskürdü: “Fələstinlə Qarabağın nə fərqi…” – VİDEO

Bu şəxs İran parlamentinin Güney Azərbaycanın Urmiyə şəhərindən seçilmiş millət vəkili Ruhullah Həzrətpur Təlaiyədir. Farsca çıxışında mənsubu olduğu dövləti – yəni İran rejimini Xocalı soyqırımı ərəfəsində Ermənistanın baş nazirini Tehrana dəvət etdiyi üçün ittiham edir , soruşur ki, məgər İran dünyadakı bütün müsəlmanların yanında olduğunu bəyan etmirmi və Xocalıda öldürülənlər müsəlman […]

İlham Əliyev 3 sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şəmkir rayonunun Şəmkir–Zəyəm–Düyərli–Şiştəpə–Bayramlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Turkustan.info sərəncamın mətnini təqdim edir: 1. Səksən beş min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Şəmkir–Zəyəm–Düyərli–Şiştəpə–Bayramlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil […]

Fədayə Laçın AZADLIĞA ÇIXIR?

Xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə F.Laçının vəkili Nurəngiz Qarayeva çıxış edib. Vəkil çıxışında Fədayə Laçının ailə vəziyyəti və […]

Fazil Mustafanın yeni kitabı çapdan çıxıb: “Doğru düşüncənin hikməti”

Böyük Quruluş Partiyasının başqanı, millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafanın yeni, sayca 21-ci kitabı çapdan çıxıb. Turkustan.info-nun xəbərinə görə, “Nurlan” nəşriyyatında işıq üzü görən kitaba müəllifin ictimai-siyasi həyatın müxtəlif məsələlərinə dair son bir ildə yazdığı məqalələri daxildir. “Doğru düşüncənin hikməti” adlanan kitabda siyasət, sosial şəbəkə fenomeni, təhsil, dil, […]

Daxili İşlər Nazirliyindən sürücülərə XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyi avtomobil sahiblərinə müraciət edib. Turkustan.info-nun xəbərinə görə, nazirlik nəqliyyat vasitələri sahiblərinin nəzərinə çatdırır ki, xüsusilə havanın qaranlıq vaxtı avtomobillərini parklayarkən, o cümlədən qısa müddətdə tərk edərkən, eləcə də, avtoyuma yerlərində və təmir sexlərində saxlayarkən salonda nəzarətsiz qalan qiymətli əşyaların, sənədlərin və əl çantalarının bəzi qanun pozuntusuna meyilli […]

Sarukyandan Paşinyana tələb: Əliyevlə görüşün detallarını açıqla

Ermənistanın Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Sarukyan ölkənin baş naziri Nikol Paşinyandan Azərbaycan prezidenti İlham Əliyevlə etdiyi müzakirələri açıqlamasını tələb edib. Turkustan.info xəbər verir ki, Avstriyanın paytaxtı Vyana da baş tutan görüşdə müzakirə olunan mövzular Ermənistan müxalifətinin ciddi marağına səbəb olub. Sarukyanın sözlərinə görə, görüşlə bağlı bəzi “qaranlıq məqamlar” var ki, […]

Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin şagirdləri Sumqayıt şəhər Q.Qarayev adına uşaq musiqi məktəbində konsert proqramı ilə çıxış etmişlər

Sumqayıt Regional Mədəniyyət idarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin şagirdləri Sumqayıt şəhər Qara Qarayev adına 1 nömrəli uşaq musiqi məktəbində maraqlı konsert proqramı ilə çıxış etmişlər. Konsertdə məktəbin şagirdlərinin – Baqir Babayev – tar (müəllim Mübariz Paşayev), Aysu Yəhyayeva – violin (müəllim Esmira Mədətova), İlkin Cabbarlı – […]

Şura 4-ci qrant müsabiqəsini elan etdi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT layihələrinin maliyyələşməsi ilə bağlı 2019-cu il dördüncü qrant müsabiqəsini elan edir.  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra – Şura) qrant müsabiqəsində (bundan sonra –  müsabiqə) iştirak etmək üçün Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş QHT-ləri ərizə […]

Rusiya gəmiləri NATO təlimlərini izləyir

Rusiyanın hərbi gəmiləri Qara dənizdə keçirilən NATO təlimlərini izləyir. Turkustan.info Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Milli İdarəetmə şöbəsi məlumat yayıb. Rusiya tərəfi istənilən təxribat halında öz dəniz aviasiyası, kəşfiyyat gəmiləri və “Bastion” tipli sahil raket kompleksləri ilə zərbə endirməyə hazırdır.  /Modern.az/ 94 Baxılıb

Azərbaycandan Ermənistana sərt cavab: Ordumuz sülhə yox, müharibəyə hazırdır

Müdafiə Nazirliyi: Ordunun funksiyası daim müharibəyə hazır olmaqla ölkənin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsidir  “Dünyada elə bir dövlət yoxdur ki, onun ordusu sülhə hazırlaşsın. Orduların vəzifəsi sülhə yox, məhz müharibəyə hazır olmaqdır”. Turkustan.info xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif […]

Fazil Mustafadan ŞOK SÖZLƏR: “Bu şəxs partiyasının adını “Azad Siğə Partiyası” etsin”

“Cəmiyyətdə siğəyə qarşı çıxanlar onu əxlaqsızlığa sürükləyən qüvvələrdir!” Bunu özünü Demokratik İslam Partiyasının sədri adlandıran şəxs deyir. Quranda heç bir yerdə siğə anlayışı yoxdur, muta nikahı deyilən nikah növü tanınmır. Bu qonşu ölkələrdə uydurulmuş, İslama calaq edilmiş, fahişəliyin dini vacibat olduğunu təbliğ etmək üçün düşünülmüş gedişlərdən biridir. Kişilərin tanımadığı qadınlarla, […]

“Hacı Nuranın qucağındakı 10 milyonuncu körpə deyil…” – RƏSMİ

Hacı Nuranının sosial şəbəkədəki hesabında paylaşdığı şəkildəki uşaq 10 milyonuncu vətəndaş deyil. Turkustan.info bildirir ki, bu haqda Modern.az-a Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova deyib. Onun sözlərinə görə, Hacı Nuran mərkəzdə olmayıb, uşağı görməyib. “Hacı Nuranın niyə belə bir məlumat paylaşdığını anlaya bilmirəm. Biz ümumiyyətlə həmin şöbəyə kişiləri buraxmırıq. Hətta […]

“Hüquqi addım atmağımız mümkün deyil” – “Space”dən söyüş söyən müğənni bağlı AÇIQLAMA

“Space” TV “Hər Səhər” verilişində müğənnilər Rüfət Axundov və Rəşad İlyasovun mahnını söyüşlə oxuması məsələsi ilə bağlı rəsmi açıqlama yayıb. Turkustan.info bildirir ki, “Space” TV-nin BakuPost-a verilən açıqlamasında deyilir: “Nəzərinizə çatdıraq ki, 4 aprel 2019-cu il tarixdə “Space” tv-də yayımlanan “Hər səhər” verilişində müğənnilərdən Rüfət Axundov və Rəşad İlyasov qonaq […]

Akopyandan sensasion açıqlama: “Əsgərlərimiz mənasız yerə Qarabağda ölüblər”

ABŞ-ın Boston ştatındakı erməni icması tərəfindən Akopyanın rəhbərlik etdiyi “Təbəssüm şəhəri” Xeyriyyə Fonduna 150 min dollar ianə təqdim edilib “Ermənistanın minlərlə əsgəri heç nəyə görə Dağlıq Qarabağda həyatını itirib”. Turkustan.info  “Yekramas” nəşrinə istinadən xəbər verir ki, bu sensasion açıqlamanı Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan “Amerikanın səsi” […]

“Macəra dolu Amerika”

Amerika Birləşmiş Ştatlarında Azərbaycanla bağlı çəmiyyətlər çoxdur. Amma hamısı fərdi təşkilat kimi, təsisçilərinin iradəsinə uyğun fəaliyyət göstərir. Heç kimin qarşısında heç bir məsuliyyət daşımadan.  Və bunların bir çoxunun arasında pərdəarxası münaqişələr mövcuddur. Biri digərini inkar edir, biri o birisinin fəaliyyətinə şübhə yaratmağa çalışır. Bu isə heç də ürəkaçan mənzərə deyil. […]

Azərbaycanda evin zirzəmisindən NAMƏLUM HEYVAN skeleti tapıldı – FOTOLAR

Zaqatala rayon sakini yaşadığı evin zirzəmisində naməlum heyvan skeleti tapıb. Məlumata görə, Muxax kənd sakini Etibar Çobanov özünə məxsus fərdi yaşayış evinin zirzəmisində təmir işləri aparan zaman naməlum heyvan skeleti tapıb. E.Çobanovun dediyinə görə, evin döşəməsini sökərkən naməlum heyvana məxsus skelet tapıb. Skeletin hansı heyvana məxsus olduğu bilinmir. Skeletin qabaq […]

Bakıda gecə klubunda biabırçılıq – Qız çılpaq rəqs etdi – VİDEO 18+

Bakıda gecə klublarının sayı durmadan artır. Amma bu artımla yanaşı, belə məkanların müştəri cəlb etmək üçün atdıqları addımlar bəzən sərhədləri aşır. Turkustan.info xəbər verir ki, Bakının mərkəzi küçələrindən birində yerləşən “Boss” klub da belə bir addım atıb. Belə ki, saytımıza özəl olaraq göndərilən görüntülərdə yarıçılpaq rəqqasənin gecə klubunda rəqs etdiyi və müştəriləri əyləndiyi əks […]

Rüfətin söyüşünə görə “Space” TV-dən işdən çıxarılan aparıcının AÇIQLAMASI – “Onun günahıdır”

“Space” TV-dən qovulan “Hər səhər” verilişinin aparıcısı Anar Vaqifooğlu məlum qalmaqalla bağlı öz mövqeyini açıqlayıb. Aparıcının prodüseri Famil Məcidli bildirib ki, verilişdə əməkdar artist Rəşad İlyasovun və müğənni Rüfət Axundovun söydüyü söyüşə görə, A.Vaqifoğlu məsuliyyət daşımır: “Anar 16 ildən çoxdur ki, aparıcılıq edir. Onun çevrəsində çox geniş sənət adamı ola […]

Sabahın hava PROQNOZU

Aprelin 9 apreldə ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindənverilən məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin olacaq. Şimal-qərb küləyi […]

İntihar edən şagirdlə bağlı məktəb direktorundan NALAYİQ SÖZLƏR – səs yazısı yayıldı

Şagirdi faciəli şəkildə vəfat edən 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova intihar edən məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın ailəsi haqqında təhqiramiz fikirlər səsləndirib.  Direktor ona müraciət edənlərə Elinanın pozğun və uğursuz ailənin övladı olduğunu, anasının ikinci dəfə ailə qurduğu, ikici nikahdan kiçik uşaqları olduğuna görə Elina ilə […]

Hökumətdən soğanla bağlı YENİ QƏRAR

Azərbaycan ölkəyə idxal olunan soğana gömrük rüsumunu ləğv edib.  Bu barədə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri birgə məlumat yayıb. Məlumata görə, son vaxtlar daxili bazarda kartof, soğan və kələmin qiymətlərində ciddi artım baş verib. Bununla əlaqədar, Nazirlər Kabinetinin 5 aprel 2019-cu il tarixli qərarı ilə beynəlxalq təcrübəyə uyğun olaraq, həmin məhsulların istehsal mövsümü […]

Aydın Mirzəzadə Tonayanın ziddiyyətli bəyanatlarını şərh etdi

Ermənistanın müdafiə naziri David Tonoyan qorxaq hərbçi və çox bacarıqsız siyasətçidir. Bunu millət vəkili, politoloq Aydın Mirzəzadə Ermənistan müdafiə nazirinin Vyana görüşlərindən sonra Qarabağ münaqişəsinə yönəlik bir-birinə zidd olan bəyanatlarla çıxış etməsinə münasibət bildirərkən deyib. “Birincisi, öz ordusunda real vəziyyətlə tanış olmayan, çox pis təchiz edilmiş silahlı qüvvələrə rəhbərlik edən şəxs […]

Ərdoğan seçkilərin nəticələrinin ləğv olunacağına işarə etdi, müxalifətdən sərt təpki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiyaya səfərə yola düşərkən Ankarada jurnalistlərin suallarına cavab verib və İstanbulda seçkilərin nəticələri ilə bağlı danışıb. Türküstan.info xəbər verir ki, Ərdoğanın sözlərinə görə, İstanbulda seçkilər “total pozuntular şəklində” keçib və mütəşəkkil qaydada “bəzi cinayətlər” törədilib. “Harada, necə saxtakarlıqlar edilib, bunun təsbitləri var. Boş […]

Sabah AŞPA-da Qarabağ münaqişəsi müzakirə olunacaq

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) aprelin 14-dək Strasburqda keçirilən iclasında Qarabağ münaqişəsi müzakirə olunacaq. Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, artıq Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın yaz sessiyasında iştirak […]

UNİKAL QƏZA – Toy karvanında traktor aşdı – VİDEO

Azərbaycanda qeyri-adi toy karvanında qəza baş verib.  Hadisənin görüntüləri sosial şəbəkədə yayımlanıb. Toy karvanı traktorlardan ibarət olub və gəlini gətirmək üçün hərəkətdə olan zaman traktorlardan biri aşıb.  Hadisəyə sürücünün idarəetməni itirməsi səbəb olub. Qəza zamanı ölən və xəsarət alanlarla bağlı məlumat yoxdur.  125 Baxılıb

Ərdoğan Putinlə BU MƏSƏLƏLƏRİ müzakirə edəcək

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya rəsmi səfərə gedəcək. Səfər çərçivəsində o, rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Bu, 2019-cu ildə liderlər arasında üçüncü görüş olacaq.   “Anadolu” agentliyinin məlumatına görə, səfərdən əvvəl Ərdoğan Atatürk hava limanında jurnalistlərin suallarını cavablandırıb.  O, Putinlə görüşündə müzakirə ediləcək məsələləri açıqlayıb: “Putinlə ikitərəfli münasibətlər, […]

Söyüşə görə televiziyadan qovulan aparıcını Çingiz Əhmədov əvəz etdi

“Space” televiziyasında böyük qalmaqala səbəb olan “Hər səhər” verilişinin aparıcısı işdən uzaqlaşdırılıb. Verilişin bugünkü buraxılışında aparıcı Anar Vaqifoğlunu tanınmış aktyor Çingiz Əhmədov əvəz edib. Qeyd edək ki, “Hər səhər”in ötənhəftəki buraxılışında Rüfət Axundov və Rəşad İlyasov xalq mahnısını oxuyarkən sözlərini dəyişərək qeyri-etik ifadələrdən istifadə edib. Səs rejissoru mikrofonu söndürmədiyi üçün […]

SƏLİS – İstəyin və Bacarığın birləşdiyi brend!

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni təqdim etdiyi brend- SƏLİS-in (Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi) e-növbə proqramı QHT-lər tərəfindən yüksək qiymətləndirilməkdədir. Xüsusi olaraq qeyd etmək istərdim ki, bu proses sadəcə növbələrin elektron formada alınmasından ibarət deyil. Bu mərhələyə qədər QHT-lər e-növbə proqramı çərçivəsində layihə sənədlərini katibliyin əməkdaşları ilə […]

Tonoyan Azərbaycana səsləndi – “Biz müharibə istəmirik”

Azərbaycan dövlətinin son dövrlərdəki hərbi ritorikası Ermənistanda əməlli-başlı qorxuya səbəb olub. Turkustan.info ölkə.az-a istinadla xəbər verir ki, bir müddət əvvəl müharibə bəyanatları ilə çıxış edən Tonoyan artıq sülhdən danışır. Belə ki, Ermənistanın müdafiə naziri David Tonoyan jurnalistlərlə söhbət zamanı Azərbaycan hökumətinin hərbi bəyanatlarına münasibət bildirib: “Biz müharibə istəmirik. Azərbaycanın hərbi-siyasi […]

Aprelin 15-də qızdırıcıların işi dayandırılacaq – İsti su sayğacları quraşdırılacaq

Aprelin 15-də 2018/2019-cu il üçün istilik mövsümü başa çatır. “Azəristiliktəchizat” ASC Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyevin  sözlərinə görə, istilik mövsümünün vaxtından əvvəl bitirilməsi nəzərdə tutulmur. Rafiq Əliyev qeyd edib ki, borclu olan dövlət qurumları, hüquqi və fiziki şəxslərin ödənişlərilə bağlı problem mövcud deyil: “Bunların hamısı müqavilə ilə tənzimlənən prosedurlardır. […]

Liviyada vəziyyət kəskinləşdi: xarici diplomatlar və şirkətlər ölkəni tərk edir

Liviyada vəziyyət ağırlaşdıqca beynəlxalq güclər bu ölkədəki qüvvələrinin evakuasiyasına başlayıb. ABŞ Afrika Komandanlığı öz nümayəndə heyətini ölkədən çıxardığını bildirib, Hindistan isə sülhməramlı əsgər qüvvəsini Tunisə köçürdüyünü açıqlayıb. Italiyanın Eni neft-qaz şirkəti İtaliya vətəndaşı olan bütün əməkdaşlarını ölkədən evakuasiya etmək qərarına gəlib. BMT də əməkdaşlarının bir qismini ölkədən çıxarmağa hazırlaşır. Liviyalı […]

Ərdoğan prezident səlahiyyətlərini vitse-prezidentə təhvil verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini vitse-prezident Fuad Oktaya təhvil verib. Bu barədə “Resmi gazete”də dərc olunan qərarda deyilir. Məlumata görə, bu addım R.T.Ərdoğanın Rusiyaya səfəri ilə əlaqədardır. Bildirilir ki, səfər çərçivəsində türkiyəli liderin rusiyalı həmkarı Vladimir Putinlə görüşü planlaşdırılıb. Görüşdə ikitərəfli münasibətlərin inkişaf prespektivləri müzakirə olunacaq. Trend xatırladır […]

“Space”dəki BİABIRÇILIĞA GÖRƏ iki nəfər işdən çıxarıldı

“Space” TV-nin canlı efirində “Hər səhər” proqramında mahnı oxuyarkən qeyri-etik və əxlaqa zidd ifadələr işlədildiyi üçün iki nəfər işdən çıxarılıb. Bu barədə  Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf Hacıyev məlumat verib.  O bildirib ki, onlardan biri verilişin aparıcısı Anar Vaqifoğlu, digəri isə verilişin səs rejissorudur. Qeyd edək ki, […]

Rüfət Axundovun efirə çıxması qadağan olundu – RƏSMİ

Bu gündən müğənni Rüfət Axundova efir qadağası tətbiq ediləcək. Xəbər verdiyimiz kimi, Rüfət Axondova bütün teleməkanda qadağa qoyulub. Məlumata görə, artıq bu qərar rəsmiləşib. Belə ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) müğənniyə efir qadağasının tətbiq edilməsi ilə bağlı telekanallara şifahi xəbərdarlıq edəcək. MTRŞ-nın apardığı monitorinq nəticəsində məlum olub ki, […]

Siyavuş Novruzov: “Avropa Məhkəməsinin cərimələrinə kim səbəb olubsa, o da ödəməlidir”

“Avropa Məhkəməsinin Azərbaycana kəsdiyi  cərimələri dövlətin üstünə atmaq olmaz. Bu cərimələrin qəbuluna kim səbəb olubsa, o ödəməlidir”. Türküstan.info xəbər verir ki, bunu YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzov musavat.com-a müsahibəsində deyib. “Düzdür, Avropa Məhkəməsinin əksər qərarlarında məsələlərə qərəzli yanaşma olur. O qərarların əksəriyyətini izləmişəm. Onlar verilən cəzaya, yaxud başqa […]

Azərbaycanlı avtoritetlərə ŞOK: Daxili İşlər Nazirliyi HƏRƏKƏTƏ KEÇDİ

Rusiyada Daxili İşlər Nazirliyinin əməkdaşları cinayət iyerarxiyasında daha yüksək mövqe tutan şəxslərin cinayət cəzası haqqında qanunun icrası üzərində işləməyə başlayıb. Rusiya KİV-nin xəbərinə görə, artıq aprelin 5-də Daxili İşlər Nazirliyinin regional bölmələri rəhbərlik tərəfindən göstərişlər alıb. Bununla əlaqədar olaraq, son zamanlar Rusiya “qanuni oğru”ları görüşməyi və bir-biri ilə ünsiyyət saxlamağı […]

Aİİ-də “İslam dininə üçlü yanaşma –mühafizəkarlıq, dünyəvilik və millilik anlayışlarına yeni baxış” mövzusunda seminarkeçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 05 aprel 2019-cu il tarixdə AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent Faiq Ələkbərlinin təqdimatında “İslam dininə üçlü yanaşma –mühafizəkarlıq, dünyəvilik və millilik anlayışlarına yeni baxış” mövzusunda seminartəşkil olunub. Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov tədbir iştirakçılarını salamlayaraq bildirib ki,tələbələrin dünyagörüşünün zənginləşdirilməsində, […]

Problemli kreditlərə görə bu şəxslərə də KOMPENSASİYA verilə bilər

Problemli kreditlərə kompensasiyaların verilməsi ilə bağlı təqdim olunan mexanizmlər hazırlanıb. Lakin təcrübə bəzi məsələlərin həlli üçün yeni mexanizmlərin hazırlanmalı olduğunu göstərir. Belə ki, kredit borcunu zamin ödədiyi halda hazırkı qaydalara görə, kompensasiyanı ancaq borcu götürən şəxsin ala bilməsi, bəzi bankların kredit borcu olan şəxsin adına böyük məbləğdə cərimə və faiz […]

Azərbaycan İlahiyyat İnstitutu Lənkəranda abituriyentlərlə görüş keçirib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2019-2020-ci tədris ili üzrə İnstituta yüksəkintellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirləri həyata keçirir. İnstitutun ilk səfəri Lənkəran rayonuna olub. İnstitutun kollektiviLənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri ilə birlikdə ümummilli lider […]

Kazak kültürü ve Alatau tiyatrosu

Kazakistan’ın kurucu Cumhurbaşkanı Nursultan Nazarbayev’in “Büyük Bozkırın Yedi Özelliği” başlıklı makalesindeki fikirlerini uygulamak amacıyla Berik Jusupov’un önderliğindeki Alatau Tiyatrosunda Kazakistan kültür ve sanatıyla ilgili oyunlar düzenlenmekte ve konserler verilmekte. Kazakistan’ın kurucu Cumhurbaşkanı Nursultan Nazarbayev’in “Büyük Bozkırın Yedi Özelliği” başlıklı makalesindeki fikirlerini uygulamak amacıyla Berik Jusupov’un önderliğindeki Alatau Tiyatrosunda Kazakistan kültür […]

Bir gecədə 11 avtomobilin şüşəsini sındırdı – FOTO

Xətai rayonunda sutkanın qaranlıq saatlarında avtomobillərin şüşələrini sındıraraq nəqliyyat vasitələrinin salonlarından oğurluqlar edən şəxs saxlanılıb.  Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən Gəncə şəhər sakini Nicat Qasımzadə N.Əliyev küçəsində cinayət başında tutularaq ərazi üzrə 37-ci Polis Şöbəsinə təhvil verilib. Saxlanılan şəxsin ətrafında 37-ci Polis Şöbəsində araşdırma aparılan zaman onun bir gecədə […]

“Şeytan sənin dədəndi…” – Ramiz Novruzla SƏMİMİ SÖHBƏT

“Bizim kənddə dağ-daş, çay, bulaq olmayıb. Muğan zonasıdır, küçədə qaçanda elə toz qalxır, elə bilirsən “nemes” tankı gəlir. Amma mən həmişə Biləsuvar camaatının xarakterini, bir-birlərinə xoş münasibətlərini, mərdliyini, vətənpərvərliyini və saflığını təqdir etmişəm. Təsadüfi deyil ki, Mübariz İbrahimov kimi neçə-neçə qəhrəman oğullarımız da məhz Biləsuvarda yetişib”.  Turkustan.info xəbər verir ki, […]

Şaumyanla bağlı YENİ FAKTLAR ortaya çıxdı

Erməni-daşnak quldurları türk-müsəlman xalqlarına qarşı Şimali və Cənubi Azərbaycanda, Şərqi Anadoluda və Mərkəzi Asiyada soyqırımları törədiblər.  1918-ci ildə Azərbaycan xalqına qarşı kütləvi soyqırımı cinayəti həyata keçirmiş “26 Bakı komissarları” adlandırılan cinayətkar qrupun fəaliyyəti ilə bağlı Tarix İnstitutunda aparılmış tədqiqatlar nəticəsində çoxsaylı yeni faktlar aşkar olunub. 2009-cu ilin yanvar ayında Prezident […]

Xəzəri çirkləndirən MƏŞHUR istirahət mərkəzləri açıqlandı – SİYAHI

Xəzərin şimaldan cənubadək sahil zolağında fəaliyyət göstərən istirahət mərkəzlərində və müəssisələrdə keçirilən monitorinqlər zamanı sənaye və məişət tullantı sularının Xəzər dənizini çirkləndirdiyi bir daha təsdiqlənib. Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov deyib. O, Xəzər dənizini daha çox çirklənməyə məruz qoyan müəssisələrin […]

Sumqayıtda köçkünlər üçün yeni MARŞRUT XƏTTİ açılır

Qaçqın və və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dair ölkə başçısının tapşırığına müvafiq olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) yeni xətt açır. Bu barədə DANX-ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. N. Allahyarova qeyd edib ki, Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin […]

Saakaşvili Poroşenkoya müraciət etdi: II tura qədər qaytar!

Odessa əyalətinin keçmiş qubernatoru Mixail Saakaşvili ölkə başçısı Pyotr Poroşenkodan ona Ukrayna pasportunu qaytarmasını istəyib. Turkustan.info xəbər verir ki, bu barədə “Ukrainskaya pravda” nəşri yazıb. “Beynəlxalq normalar və Ukrayna qanunvericiliyini pozmaqla siz məni vətəndaşlıqdan məhrum etdiniz. Sizin qanuna uyğun hərəkət etməyiniz üçün prezident seçkilərinin ikinci turuna qədər kifayət qədər vaxtınız var”, […]

Xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 8 aprel tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan verilən məlumata görə, aprelin 8-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 1,9092 manat təşkil edir. 1 türk lirəsi 0,3013 manat, 1 rus rublu 0,0260 manat, 100 İran […]

Bir az da Kəlbəcərsizləşdik – Professor Sabir Quliyevi itirdik

Ötən gün 26 ildir məcburi köçkün həyatı yaşayan Kəlbəcər elinə daha bir ağır itki üz verdi. Böyük alım, böyük insan Sabir Alı oğlu Quliyev Kəlbəcərsizliyə dözə bilməyib həyatla vidalaşdı. Adam kimi böyük adam, alim kimi böyük alim, Vətəndaş kimi böyük Vətəndaş idi  idi Sabir Quliyev. O, Azərbaycan Memarlıq və İnşaat […]

Yunanların böyük qorxusu: Ərdoğanın Aya Sofya revanşı

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Aya Sofya ilə bağlı açıqlaması geosiyasi dəyişikliklərin əksidir. Turkustan.info xəbər verir ki, bu sözləri yunanlı siyasi ekspert Kostas Qrivas deyib. “Mənim fikrimcə, Ərdoğanın Aya Sofyaya məscid statusunun verilməsi yönündə açıqlamaları seçki öncəsi təşviqat kampaniyasının tərkib hissəsi olmayıb. Bu açıqlama müsəlman dünyasının lideri və Avrasiyada müstəqil güc […]

Bu günün HAVASI

Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Turkustan.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yelərdə zəif duman. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu […]

Moskva Dövlət Xarici Dillər Universitetinin azərbaycanlı müəllimi

Sevindirici haldır ki, xarici ölkələrdə məskunlaşan soydaşlarımızın əksəriyyəti vətəndən uzaqda yaşasalar da milli kimliyini unutmurlar. Necə deyərlər, gedəndə Azərbaycan sevgisini də ürəklərində aparırlar. Bu sevgi onları bir an belə tərk etmir. Haqqında söhbət açdığım Mehriban Abdullayeva Tərtər rayonunda dünyaya gəlib. Orta təhsilini orada başa vurub. 1983-cü ildə indiki Bakı Slavyan […]

Azərbaycan hava məkanını NATO üçün bağladı

Almaniya Bundesverinin hərbi qulluqçuları Əfqanıstana uçmaq üçün Almaniya Federativ respublikasının silahlı qüvvələrinin təyyarələrindən istifadə edə bilmir. Və Amerikanın C-17 hərbi-nəqliyyat təyyarələrindən  istifadə etməyə məcburdur. Səbəb isə budur ki, Azərbaycan hava məkanını Almaniya hərbi təyyarələrinə bağlayıb. Turkustan.info “Spiegel”ə istinadən xəbər verir ki, Azərbaycan NATO təyyarələrinin öz ərazisi üzərindən uçuşuna icazə verməkdən […]

Günün ulduz falı: 8 aprel, 2019

Qoç – Yalnız entuziazm və qətiyyət sayəsində uğur qazana bilərsiniz. Hətta şərait imkan verməsə belə, siz məqsədinizə doğru gedir və hamının təəccübünə rəğmən, ona çatırsınız. Nüfuzlu bir şəxin dəstəyini qazana bilərsiniz. Maraqlı tanışlıqlar mümkündür. Bu gün başlanan münasibətlər sizin üçün gözlənilməz olan bir məcrada davam edəcək. İntuisiyanıza güvənin, necə hərəkət etmək […]